Satınalma üzrə mütəxəssis / aparıcı mütəxəssis
Baku Steel CompanyBakıda satınalma üzrə mütəxəssis vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 10 noyabr 2026
- Son müraciət tarixi
- 10 dekabr 2026
- Kateqoriya
- Logistika, Anbar və Təchizat
Bakı şəhərində Logistika, Anbar və Təchizat üzrə vakansiyalar
Vakansiya haqqında
Baku Steel Company Bakıda satınalma üzrə mütəxəssis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Təsvir
Satınalma üzrə mütəxəssis/aparıcı mütəxəssis texniki tələblərin düzgün analiz edilməsi, uyğun vendorların seçilməsi, vendorlarla danışıqların aparılması və satınalma prosesinin başdan sona effektiv şəkildə idarə edilməsinə cavabdeh olacaq.
Vəzifə öhdəlikləri
- Yerli və beynəlxalq bazarların araşdırılması, uyğun vendor və təchizatçıların seçilməsi;
- Son istifadəçi ilə texniki razılaşdırmaların aparılması, PR-ların düzgün analiz edilməsi və uyğun vendorlara yönləndirilməsi;
- Təchizatçılarla danışıqlarda iştirak, müqavilə və satınalma sifarişlərinin (PO) hazırlanması;
- Satınalma planının qrafikə uyğun icrasının təmin edilməsi;
- Sahəyə baxışların keçirilməsi, texniki görüşlərdə iştirak;
- Alternativ, sərfəli və keyfiyyət tələblərinə uyğun həllərin təklif edilməsi;
- SAP sistemində satınalma sənədlərinin hazırlanması;
Tələblər
- Təhsil: Müvafiq mühəndislik ixtisasları üzrə ali təhsil (mütləq tələb);
- Dil bilikləri: İngilis və Rus - səlis;
- Təcrübə: Minimum 3 il;
Xüsusi tələblər:
- Analitik düşüncə və problem həll etmə qabiliyyəti;
- Stresə davamlılıq;
- Kritik işlərdə çevik davranma;
- İT bilikləri: MS Office və digər;
- Təlim və sertifikatlar: CİPS (arzuolunandır) və digər oxşar;
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Rəqabətli əmək haqqı;
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.