Əsas məzmuna keç
GoJob

Satış ekspeditoru (Meyvə-tərəvəz)

Profitline Consultinq MMCBakıda satış ekspeditoru vakansiyası

Maaş: 500 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
12 oktyabr 2026
Son müraciət tarixi
11 noyabr 2026
Kateqoriya
Satış

Bakı şəhərində Satış üzrə vakansiyalar

Vakansiya haqqında

Profitline Consultinq MMC Bakıda «Satış ekspeditoru» vəzifəsinə işçi axtarır. Tam ştat, maaş 500 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş şəraiti

  • Əməkhaqqı: 500–1.500 AZN + avtomobil xərclərinin kompensasiyası
  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: 6 günlük iş həftəsi
  • Sabit əməkhaqqı və nəticəyə əsaslanan bonus sistemi;
  • Yanacaq xərclərinin qarşılanması;
  • Şəxsi avtomobilin texniki xidmət və amortizasiya xərclərinin kompensasiyası;
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə.

Vəzifə öhdəlikləri

  • Təyin olunmuş ərazi üzrə yeni müştərilərin (market və ticarət obyektlərinin) cəlb edilməsi və əməkdaşlıq əlaqələrinin qurulması;
  • Müştərilərlə kommersiya danışıqlarının aparılması, satış qiymətlərinin və əməkdaşlıq şərtlərinin şirkətin müəyyən etdiyi səlahiyyətlər çərçivəsində razılaşdırılması;
  • Müştərilərdən gündəlik sifarişlərin qəbul edilməsi, qeydiyyata alınması və icra üçün müvafiq bölməyə ötürülməsi;
  • Müştərilərlə müqavilələrin və satışla bağlı digər sənədlərin rəsmiləşdirilməsinin təşkili;
  • Sifarişlərin vaxtında və düzgün çatdırılmasının izlənilməsi, yaranan məsələlərin operativ həlli;
  • Müştərilərlə qarşılıqlı hesablaşmaların aparılması, debitor borclarına və ödənişlərin vaxtında daxil olmasına nəzarət;
  • Mövcud müştəri bazasının inkişaf etdirilməsi və təkrar sifarişlərin artırılması;
  • Satış, sifariş və daxilolmalar üzrə gündəlik hesabatların təqdim edilməsi.

Namizədə tələblər

  • Şəxsi avtomobilinin olması (mütləqdir);
  • Satış və ya ekspeditor sahəsində iş təcrübəsi;
  • Qida məhsullarının distribusiyası üzrə təcrübəyə üstünlük verilir;
  • Bakı şəhərinin ərazilərini və market sektorunu yaxşı tanımaq;
  • Müştərilərlə danışıqlar aparmaq və satış bacarığı;
  • Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.

Namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Satış ekspeditoru” başlığı ilə göndərə bilərlər.

Oxşar vakansiyalar