Əsas məzmuna keç
GoJob

Satış Kanalları üzrə Bölmə Rəhbəri

SupertoysBakıda satış kanalları üzrə bölmə rəhbəri vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
11 noyabr 2026
Son müraciət tarixi
11 dekabr 2026

Bakı şəhərində Satış və Ticarət üzrə vakansiyalar

Vakansiya haqqında

Supertoys Bakıda «Satış Kanalları üzrə Bölmə Rəhbəri» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Supertoys MMC komandamıza Satış Kanalları üzrə Bölmə Rəhbəri axtarırıq!

Onlayn satış, korporativ satış, E-commerce və Marketplace istiqamətlərinin fəaliyyətini vahid strategiya əsasında idarə edəcək, satış hədəflərinin yerinə yetirilməsini təmin edəcək və komandaların effektiv fəaliyyətinə rəhbərlik edəcək təcrübəli mütəxəssis axtarırıq.

Əsas vəzifə öhdəlikləri

  • Onlayn satış, korporativ satış, E-commerce və Marketplace komandalarının fəaliyyətini idarə etmək;
  • Bütün satış kanalları üzrə strategiya və inkişaf planlarının hazırlanmasını təmin etmək;
  • Satış hədəflərini müəyyənləşdirmək, icrasına nəzarət etmək və nəticələri təhlil etmək;
  • Satış kanalları üzrə dövriyyənin və gəlirliliyin artırılması istiqamətində tədbirlər görmək;
  • Komanda rəhbərləri və əməkdaşlar arasında iş bölgüsünü və effektiv koordinasiyanı təmin etmək;
  • Hər bir satış istiqaməti üzrə KPI göstəricilərini müəyyənləşdirmək və nəticələrə nəzarət etmək;
  • Onlayn satış proseslərinin, müştəri müraciətlərinin və sifarişlərin effektiv idarə olunmasını təmin etmək;
  • Korporativ müştərilərlə əməkdaşlığın genişləndirilməsi və yeni satış imkanlarının yaradılması istiqamətində işləri təşkil etmək;
  • Marketplace platformalarında məhsul çeşidinin, qiymətlərin, kampaniyaların və satış nəticələrinin idarə olunmasına nəzarət etmək;
  • E-commerce platformasının satış effektivliyinin artırılması və inkişafı üzrə təşəbbüslər irəli sürmək;
  • Satış kanalları üzrə hesabatları təhlil etmək, nəticələrə əsaslanan qərarlar qəbul etmək;
  • Digər struktur bölmələrlə koordinasiyalı fəaliyyəti təmin etmək.

Namizədə tələblər

  • Satış və ya kommersiya sahəsində minimum 3 il iş təcrübəsi;
  • Rəhbər vəzifədə minimum 2 il idarəetmə təcrübəsi;
  • Onlayn satış, korporativ satış və E-commerce prosesləri üzrə bilik və təcrübə;
  • Marketplace platformalarının iş prinsiplərini bilmək;
  • Satış strategiyasının hazırlanması və icrası üzrə təcrübə;
  • KPI sisteminin qurulması və satış göstəricilərinin təhlili bacarığı;
  • Komanda idarəetməsi, motivasiya və koordinasiya bacarıqları;
  • Analitik düşüncə və nəticəyönümlülük;
  • Güclü kommunikasiya, danışıqlar aparmaq və qərarvermə bacarığı;
  • MS Excel və hesabat alətləri ilə işləmək bacarığı.
  • 1C və PowerBI işləmək bacarığı

Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən edilir;

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Supertoys şirkətinin digər vakansiyaları

Supertoys vakansiyaları