SMM Bölmə Rəhbəri (TikTok)
SupertoysBakıda SMM mütəxəssisi vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 11 noyabr 2026
- Son müraciət tarixi
- 11 dekabr 2026
- Kateqoriya
- Marketinq və PR
Vakansiya haqqında
Supertoys Bakıda SMM mütəxəssisi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Vakansiya: SMM Bölmə Rəhbəri (TikTok)
Komandamıza SMM Bölmə Rəhbəri axtarırıq!
TikTok platformasında kreativ kontent strategiyasının hazırlanmasına, video istehsalı prosesinin idarə olunmasına və TikTok komandasının fəaliyyətinə rəhbərlik edəcək təcrübəli mütəxəssis axtarırıq.
Əsas vəzifə öhdəlikləri
- TikTok səhifəsi üçün kontent strategiyasının hazırlanması və həyata keçirilməsi;
- TikTok səhifələrinin inkişafı üçün təkliflərin hazırlanması;
- TikTok bölməsinin gündəlik fəaliyyətinin idarə olunması;
- Ssenarist, TikTok komandası və analitikin işinin koordinasiyası;
- Kreativ video ideyalarının və ssenarilərin hazırlanmasına rəhbərlik etmək;
- Çəkiliş proseslərinin planlaşdırılması və təşkilinə nəzarət etmək;
- TikTok trendlərini və platformadakı yenilikləri izləyərək tətbiq etmək;
- Kontentlərin keyfiyyətinə, müntəzəm paylaşımına və səhifənin inkişafına nəzarət etmək;
- TikTok LIVE yayımlarının təşkili və idarə olunması;
- Video baxışları, izləyici artımı və digər analitik göstəricilərin təhlili;
- Komanda üzvlərinin fəaliyyətini qiymətləndirmək və effektiv iş bölgüsünü təmin etmək;
- Aylıq kontent planlarının və fəaliyyət hesabatlarının hazırlanması.
Namizədə tələblər
- SMM sahəsində minimum 3 il iş təcrübəsi;
- TikTok platformasının iş prinsipləri və alqoritmləri haqqında bilik;
- TikTok hesablarının idarə olunması üzrə praktiki təcrübə;
- Komanda idarəetməsi və liderlik bacarıqları;
- Kreativ düşüncə və trendləri düzgün qiymətləndirmək qabiliyyəti;
- Video kontent və ssenari hazırlanması üzrə biliklər;
- Analitik düşüncə və nəticəyönümlülük;
- Təşkilatçılıq və operativ qərarvermə bacarığı.
Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.