Əsas məzmuna keç
GoJob

Satış meneceri

Azpride GroupBakıda satış meneceri vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
28 sentyabr 2026
Son müraciət tarixi
28 oktyabr 2026
Kateqoriya
Satış

Bakı şəhərində Satış üzrə vakansiyalar

Vakansiya haqqında

Azpride Group Bakıda satış meneceri axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Namizədə tələblər;

  • Ali təhsil;
  • Cins- Xanım / Bəy
  • Dil bilikləri: Azərbaycan dili, Rus dili və İngilis dili biliyi arzuolunandır;
  • Marketinq və satış sahəsində 3-5 il iş təcrübəsi;
  • İnşaat avadanlıqları, lift və avtomatik qapıların satışı sahəsində təcrübəsi olanlar;
  • Mc. Office proqramlarını mükəmməl bilmək ;
  • Müştərilərlə satışın reallaşdırılması bacarığı;
  • Yüksək ünsiyyət və danışıq aparmaq qabiliyyəti ;
  • Aktivlik, çeviklik və məsuliyyətlilik.
  • Müştərilərə avadanlıqları təqdim etmək bacarığı;
  • Müştəri portfelinin olması;
  • Satış işinin qurulması bacarığı;
  • Məsuliyyət,dinamiklik;
  • Sürücülük vəsiqəsinin olması;
  • Yaş həddi: 25-45
  • Avtomobili olan namizədlərə üstünlük veriləcəkdir.

İş barədə məlumat

  • Bazarın araşdırılması və yeni müştərilərin aşkar edilməsi, müştəri bazasının formalaşdırılması və potensial müştərilərlə işgüzar əlaqələrin qurulması;
  • Şirkətin məhsullarına dair tanıtımlar etmək, müştərilərə avadanlıqlar və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması;
  • Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, qarşıya qoyulan hədəflərin və satış planının yerinə yetirilməsi;
  • Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;

İş şəraiti

  • Əmək haqqı razılaşma əsasında (Satış həcmindən yüksək bonus);
  • İş qrafiki: 09:00 - 18:00;
  • İstirahət günləri: şənbə və bazar günü

Maraqlanan namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu bölməsində “Satış Meneceri" yazmaqla göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar