Əsas məzmuna keç
GoJob

Satış üzrə kiçik mütəxəssis

PromexTech AZBakıda satış mütəxəssisi vakansiyası

Maaş: 1.000 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
19 oktyabr 2026
Son müraciət tarixi
18 noyabr 2026
Kateqoriya
Satış

Bakı şəhərində Satış üzrə vakansiyalar

Vakansiya haqqında

PromexTech AZ Bakıda satış mütəxəssisi axtarır. Tam ştat, maaş 1 000 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Tələblər:

  • Yaş həddi: 20+ yaş;
  • Ali təhsil;
  • İş təcrübəsi tələb olunmur;
  • Öyrənməyə həvəsli və peşəkar inkişafına maraqlı namizədlərə üstünlük verilir;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
  • Rus dili biliyi — orta və ya daha yüksək səviyyədə;
  • İngilis dili biliyi — orta səviyyədə;
  • Güclü ünsiyyət və təqdimat bacarıqları, fikirlərini aydın ifadə etmək qabiliyyəti;
  • Komanda ilə işləmək bacarığı;
  • Satış sahəsinə maraq və müştərilərlə effektiv ünsiyyət qurmaq bacarığı;
  • Ağır texnika, xüsusi təyinatlı texnikalar və ehtiyat hissələri haqqında öyrənməyə maraq;
  • Müştərilərlə uzunmüddətli işgüzar münasibətlər qurmaq və satış bacarıqlarını inkişaf etdirmək istəyi.

Vəzifə və öhdəliklər:

  • Ağır texnika və ehtiyat hissələrinin satışının həyata keçirilməsi;
  • Potensial müştərilərin axtarışı və yeni müştərilərin cəlb edilməsi;
  • Mövcud müştərilərlə əlaqələrin qurulması və davamlı əməkdaşlığın təmin edilməsi;
  • Müştərilərin ehtiyaclarının müəyyən edilməsi və uyğun texnika və ehtiyat hissələrinin təklif olunması;
  • Kommersiya təkliflərinin hazırlanması və müştərilərə təqdim edilməsi;
  • Satış danışıqlarının aparılması və sifarişlərin izlənilməsi;
  • Müştəri müraciətlərinin və satış məlumatlarının CRM sisteminə daxil edilməsi və yenilənməsi;
  • Satış planlarının yerinə yetirilməsi və satış nəticələri barədə hesabatların hazırlanması;
  • Bazarın, rəqiblərin və müştəri tələbatının araşdırılması.

İş şəraiti:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə alınma;
  • Sınaq müddəti- 3 ay;
  • İş rejimi: 09:00-dan 18:00-dək; 5 günlük iş rejimi;
  • Əmək haqqı: 800-1000 AZN (net) + hər satışdan bonus.
  • Korporativ nomrə;
  • Müştərilərlə görüşlərə gedilən zaman taksi xərclərinin ödənilməsi;

Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar, e-mail ünvanına gələn CV-lərə baxılacaq.

Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.

Oxşar vakansiyalar