Satış üzrə Mütəxəssis
RAMMABakıda satış mütəxəssisi vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
Vakansiya haqqında
RAMMA Bakıda satış mütəxəssisi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Namizədə olan tələblər:
- Ali təhsil;
- Ağır texnika, tikinti, avtomobil və ya avadanlıq sahəsində kommersiya satışı üzrə minimum 2 il təcrübə;
- Müştərilərlə münasibət qurmaq, təklif hazırlamaq və danışıqlar aparmaq bacarığı;
- Azərbaycan dilində səlis danışıq və yazı; ingilis dilində ünsiyyət bacarığı; rus dili üstünlükdür;
- Excel və ofis proqramlarında işləmək bacarığı;
- Ezamiyyətlərə və səfərlərə hazır olmaq;
- B kateqoriya sürücülük vəsiqəsi
Vəzifə öhdəlikləri:
- Ağır texnikanın kommersiya satışını planlaşdırmaq və həyata keçirmək;
- Potensial və mövcud müştərilərlə əlaqə qurmaq, onların ehtiyaclarını müəyyən etmək;
- Texniki xüsusiyyətlərə əsaslanaraq məhsulların təklif və qiymət təkliflərini hazırlamaq;
- Müqavilələrin bağlanması üçün danışıqlar aparmaq və şərtləri razılaşdırmaq;
- Satış planlarının icrasını izləmək və satış göstəricilərinin hesabatını hazırlamaq;
- Bazarı və rəqabət mühitini öyrənmək, yeni satış imkanlarını müəyyən etmək;
- Müştəri bazasını və satış əməliyyatlarına dair məlumatları sistemli şəkildə qeyd etmək;
- Satış sənədləşməsini hazırlamaq və daxili şöbələrlə (texniki, hüquqi, maliyyə) əməkdaşlıq etmək;
- Müştərilərə satışdan sonrakı dəstək göstərilməsində iştirak etmək.
İş şərtlərimiz:
- Əmək haqqı: müsahibə əsasında;
- Ünvan: Lökbatan Dairesi Salyan Şossesi.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satış üzrə Mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.