Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Satış üzrə Böyük Mütəxəssis (satış komanda rəhbəri perspektivi ilə)

Baku Design AcademyBakıda satış mütəxəssisi vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Orta maaş: 750 AZN

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
23 noyabr 2026
Baxış
670
Müraciət
56
Son müraciət tarixi
23 dekabr 2026

Bakı şəhərində Satış və Ticarət üzrə iş elanları

Vakansiya haqqında

Baku Design Academy Bakıda satış mütəxəssisi axtarır. Tam ştat, ofisdə iş. Müraciət e-poçtla, birbaşa işəgötürənə.

BDA – Azərbaycanın aparıcı yaradıcı təhsil mərkəzidir. Beynəlxalq standartlarda peşə təhsili və beynəlxalq sertifikasiyalar (Adobe, Microsoft, Autodesk, Cisco, PMI və s.) təqdim edir. Ölkədən qlobal yarışlarda potensiallı namizədlərin iştirakını təmin edir və yerli istedadların beynəlxalq səviyyədə tanınmasına dəstək olur. Yerli istedadların qlobal səhnədə tanınmasına şərait yaradır, beynəlxalq yarışlar və tədbirlər təşkil edir.

Bu rolda əsas məqsəd BDA-nın təlim proqramlarına müraciət edən namizədləri doğru proqrama yönləndirmək və satışa çevirmək, B2C və B2B satış nəticələrini yüksəltmək, zamanla isə satış komandasının inkişafına öz nümunəsi ilə töhfə verməkdir.

Biz müştəri ilə işləməyi yaxşı bilən, satışı özü nəticəyə çatdıran, nizam-intizamlı və inkişafa açıq bir satış mütəxəssisi axtarırıq. Nəticələrinə görə bu şəxsə komanda rəhbəri vəzifəsinə yüksəlmək imkanı verilə bilər.

Əsas vəzifələr:

  • Müraciət edən namizədlərlə zəng və yazışma vasitəsilə əlaqə qurmaq, onları fərdi konsultasiyaya dəvət etmək;
  • Konsultasiya zamanı namizədin məqsəd və ehtiyaclarını müəyyənləşdirmək, ona uyğun təlim proqramını təqdim etmək və satışı nəticəyə çatdırmaq;
  • Qərar verməkdə tərəddüd edən müştərilərlə davamlı əlaqə saxlamaq və satış prosesini sonadək idarə etmək;
  • B2B istiqamətində korporativ müştərilərlə görüşlərdə, təqdimatlarda və danışıqlarda iştirak etmək;
  • Həssas və mübahisəli hallarda müştəri məmnuniyyətini və şirkətin maraqlarını balanslı şəkildə qoruyan həll yolları tapmaq;
  • CRM-də qeydləri düzgün aparmaq, satış göstəricilərini izləmək və aylıq hədəflərə çatmaq;
  • Satış skriptlərinin və standartlarının təkmilləşdirilməsinə öz təcrübəsi ilə töhfə vermək, yeni əməkdaşların adaptasiyasına dəstək olmaq.

Namizəddən gözləntilərimiz:

  • Fərdi müştərilərlə satış sahəsində minimum 4 il təcrübə;
  • Rəqəmlərlə ifadə olunan real satış nəticələri;
  • Təhsil və ya xidmət sektorunda, konsultasiya əsaslı satışda təcrübə üstünlükdür;
  • Komanda idarəetməsi və ya mentorluq təcrübəsi üstünlükdür;
  • Güclü şifahi və yazılı kommunikasiya, aydın və savadlı nitq, fərqli müştəri profilləri ilə professional münasibət qurmaq bacarığı;
  • Peşəkar görünüş və təqdimat bacarığı;
  • Satış göstəriciləri ilə işləmək bacarığı: konversiya, CRM;
  • Rus dili biliyi üstünlükdür;
  • Yüksək məsuliyyət, nizam-intizam, komanda qaydalarına hörmət və nəticəyönümlülük.

Bu rolda bizə müştəri ilə işləməyi, onu dinləməyi və doğru qərara yönləndirməyi bacaran, satışı özü nəticəyə çatdıran və zamanla komandasını öz nümunəsi ilə gücləndirəcək bir satış mütəxəssisi lazımdır.

Maraqlanan namizədlərdən müraciətlərini “Senior Satış Mütəxəssisi | Ad Soyad” mövzu başlığı ilə, mail mətnində aşağıdakı 3 bəndə cavablarını qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər:

  • Son işinizdə nə satırdınız? Ayda təxminən neçə müştəri ilə danışırdınız və onlardan neçəsi satışla nəticələnirdi?
  • Əvvəlcə almaq istəməyən, amma sonda satın alan bir müştərinizi xatırlayın: o nə dedi və siz nə etdiniz?
  • Arzu etdiyiniz əmək haqqının minimum və maksimum aralığı.

Baku Design Academy şirkətinin digər vakansiyaları

Baku Design Academy vakansiyaları

Baku Design Academy haqqında

Aktiv vakansiya
3
Son 6 ayda
9
Əsas şəhər
Bakı

Kimləri axtarır

  • koordinator
  • satış rəhbəri
  • satış mütəxəssisi

Baku Design Academy vakansiyaları: hazırda GoJob-da 3 aktiv vakansiya var, ən çoxu Bakıda. Şirkət əsasən koordinator, satış rəhbəri və satış mütəxəssisi vəzifələrinə işçi axtarır. Son 6 ayda Baku Design Academy şirkətində iş üçün 9 vakansiya dərc olunub. Baku Design Academy işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.

Baku Design Academy: bütün vakansiyalar (3)

«Satış üzrə Böyük Mütəxəssis (satış komanda rəhbəri perspektivi ilə)» vakansiyası haqqında suallar

Maaş nə qədərdir?

GoJob-da Bakıda satış mütəxəssisi vakansiyalarında orta maaş 750 AZN-dir (son 3 ayda 24 vakansiya). Vakansiyada maaş göstərilməyib; Bakıda satış mütəxəssisi vakansiyalarında adətən 600–1 000 AZN təklif olunur.

İş qrafiki necədir?

Məşğulluq növü: Tam ştat.

Uzaqdan işləmək olarmı?

Xeyr, iş ofisdədir.

İş harada yerləşir?

Bakı.

Necə müraciət etmək olar?

«Müraciət et» düyməsini basın: şirkətin e-poçtu açılacaq, CV-nizi ora göndərin.