Əsas məzmuna keç
GoJob

IT Sales Specialist (B2B)

Qafqaz NETBakıda satış mütəxəssisi vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
13 oktyabr 2026
Son müraciət tarixi
12 noyabr 2026
Kateqoriya
Satış

Bakı şəhərində Satış üzrə vakansiyalar

Vakansiya haqqında

Qafqaz NET Bakıda satış mütəxəssisi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Komandamıza İT sahəsində satış və biznesin inkişafı istiqamətində çalışacaq mütəxəssis axtarırıq.

Əsas vəzifə öhdəlikləri:

  • Potensial korporativ müştərilərin müəyyən edilməsi və yeni biznes əlaqələrinin qurulması;
  • Şirkətin təqdim etdiyi İT məhsul və xidmətlərinin müştərilərə təqdim edilməsi və satışının həyata keçirilməsi;
  • Müştəri görüşlərinin, təqdimatların və kommersiya danışıqlarının aparılması;
  • Mövcud müştərilərlə işgüzar münasibətlərin davam və inkişaf etdirilməsi;
  • Satış hədəflərinin yerinə yetirilməsi və müvafiq hesabatların hazırlanması.

Namizədə dair tələblər:

  • B2B satış sahəsində ən az 2 il iş təcrübəsi;
  • İT məhsulları, proqram təminatı və texnoloji həllər haqqında baza bilikləri;
  • Müştərinin ehtiyaclarını müəyyənləşdirərək uyğun İT həllini təqdim etmək bacarığı;
  • Güclü ünsiyyət, təqdimat və müştəri ilə iş bacarıqları.

Üstünlük veriləcək namizədlər:

  • Proqram təminatı, şəbəkə həlləri və ya digər İT məhsullarının satışında təcrübəsi olanlar;
  • Texniki komandalarla əməkdaşlıq edərək müştəri tələblərini uyğun həllərə çevirə bilənlər.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan poçt ünvanı üzərindən göndərə bilərlər. Mövzu hissəsində IT Sales Specialist qeyd olunması xahiş olunur.

Oxşar vakansiyalar