Satış Təmsilçisi
FAB Boya və Kimya Sənayesi MMCBakıda satış təmsilçisi vakansiyası
Maaş: 500 ₼ / ay
Vakansiya haqqında
FAB Boya və Kimya Sənayesi MMC Bakıda satış təmsilçisi axtarır. Tam ştat, maaş 500 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.
Vakansiya bölgələri: Bakı, Sabirabad, Göyçay, Lənkəran, Şəki
FAB Şirkətlər Qrupu peşəkar satış komandasını genişləndirir. Satış sahəsində təcrübəsi olan, nəticəyönümlü və dinamik iş mühitində çalışmağa həvəsli namizədləri Satış Təmsilçisi vəzifəsinə dəvət edirik.
Təklif olunur
Sabit əmək haqqı:
- Bakı – 500 AZN
- Bölgələr – 400 AZN
Müraciət qaydası
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış Təmsilçisi – Yaşayış yeri” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Qeyd: Elanın əhatə etdiyi bölgələr üzrə yaşayış yerinizi CV göndərərkən mövzu hissəsində mütləq qeyd edin.Vəzifə öhdəlikləri
- Şirkətin məhsullarının satışının həyata keçirilməsi;
- Yeni müştərilərin cəlb edilməsi və mövcud müştərilərlə iş;
- Soyuq satışların həyata keçirilməsi;
- Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun məhsulların təqdim edilməsi;
- Satış hədəflərinin yerinə yetirilməsi;
- Müştərilərlə effektiv və uzunmüddətli münasibətlərin qurulması;
- Satış nəticələrinin təhlili və hesabatların hazırlanması.
Tələblər
- Şəxsi avtomobilin olması mütləqdir;
- B kateqoriyalı sürücülük vəsiqəsi;
- Yaş həddi: 25–45 yaş;
- Soyuq satış sahəsində minimum 2 il iş təcrübəsi;
- Müştəri ehtiyaclarını düzgün analiz etmək və uyğun məhsulu təqdim etmək bacarığı;
- Satış göstəricilərini təhlil etmək və nəticəyönümlü işləmək bacarığı;
- Güclü ünsiyyət, təqdimat və inandırma bacarığı;
- Komandada effektiv işləmək bacarığı;
- İnkişafa açıq və təşəbbüskar olmaq;
- Məsuliyyətli, intizamlı və operativ işləmək bacarığı.