Əsas məzmuna keç
GoJob

Satış Təmsilçisi

FAB GroupBakıda satış təmsilçisi vakansiyası

Maaş: 400 ₼-dən / ay

İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
1 oktyabr 2026
Son müraciət tarixi
31 oktyabr 2026
Kateqoriya
Satış

Bakı şəhərində Satış üzrə vakansiyalar

Vakansiya haqqında

FAB Group Bakının Nərimanov rayonunda satış təmsilçisi axtarır. Tam ştat, maaş 400 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vakansiya bölgələri: Gəncə, Göyçay

FAB Şirkətlər Qrupu peşəkar satış komandasını genişləndirir. Satış sahəsində təcrübəsi olan, nəticəyönümlü və dinamik iş mühitində çalışmağa həvəsli namizədləri Satış Təmsilçisi vəzifəsinə dəvət edirik.

Əsas vəzifələr

  • Şirkətin məhsullarının satışının həyata keçirilməsi;
  • Yeni müştərilərin cəlb edilməsi və mövcud müştərilərlə iş;
  • Soyuq satışların həyata keçirilməsi;
  • Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun məhsulların təqdim edilməsi;
  • Satış hədəflərinin yerinə yetirilməsi;
  • Müştərilərlə effektiv və uzunmüddətli münasibətlərin qurulması;
  • Satış nəticələrinin təhlili və hesabatların hazırlanması.

Namizədə tələblər

  • Şəxsi avtomobilin olması mütləqdir;
  • B kateqoriyalı sürücülük vəsiqəsi;
  • Yaş həddi: 25–45 yaş;
  • Soyuq satış sahəsində minimum 2 il iş təcrübəsi;
  • Müştəri ehtiyaclarını düzgün analiz etmək və uyğun məhsulu təqdim etmək bacarığı;
  • Satış göstəricilərini təhlil etmək və nəticəyönümlü işləmək bacarığı;
  • Güclü ünsiyyət, təqdimat və inandırma bacarığı;
  • Komandada effektiv işləmək bacarığı;
  • İnkişafa açıq və təşəbbüskar olmaq;
  • Məsuliyyətli, intizamlı və operativ işləmək bacarığı.

Sabit əmək haqqı:

  • Bakı – 500 AZN
  • Bölgələr – 400 AZN
  • Aylıq 1000 AZN-dən yuxarı bonus imkanı

İş şəraiti

  • Yanacaq xərclərinin qarşılanması
  • İş qrafiki: 08:00–17:00
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
  • Korporativ və dinamik iş mühiti
  • Böyüyən və uğurlu komandanın üzvü olmaq imkanı

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış Təmsilçisi – Yaşayış yeri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd: Elanın əhatə etdiyi bölgələr üzrə yaşayış yerinizi CV   göndərərkən   mövzu hissəsində mütləq qeyd edin.

Oxşar vakansiyalar