Əsas məzmuna keç
GoJob

Satışa dəstək mütəxəssisi

Bakıda satışa dəstək mütəxəssisi vakansiyasıSarvan Group

Maaş: 600 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
28 sentyabr 2026
Son müraciət tarixi
28 oktyabr 2026
Kateqoriya
Satış

Bakı şəhərində Satış üzrə vakansiyalar

Vakansiya haqqında

Sarvan Group Bakıda «Satışa dəstək mütəxəssisi» vəzifəsinə işçi axtarır. Tam ştat, maaş 600 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. Əliəsgər Qayibov, EuroHome, Dərnəgül / Baku / 1029
  • Əməkhaqqı: 600 - 700 AZN
  • İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00 – 18:00
  • Şənbə: 10:00 – 14:00 (növbəli)
  • Bazar: İstirahət günü

​​​​​​​İşin təsviri və əsas öhdəliklər:

  • Satış prosesi ilə bağlı sənədləşmə işlərinin icrası (hesab-faktura, təhvil-təslim aktları, QRP və müqavilələr);
  • Alış və satış sənədlərinin hazırlanması, yoxlanılması və sistemdə qeydiyyatı;
  • Müştərilərlə telefonla əlaqələrin saxlanılması, daxil olan sorğuların operativ cavablandırılması;
  • Müştərilər üçün rəsmi qiymət təkliflərinin (kommersiya təklifi) tərtib edilməsi və göndərilməsi;
  • Mühasibatlıq, anbar və logistika şöbələri ilə daxili koordinasiyanın və sıx əməkdaşlığın təmin edilməsi.

​​​​​​​​​​​​​​Namizədə dair tələblər:

  • Satış sənədləşməsi, kargüzarlıq və ya satış dəstəyi sahəsində ilkin iş təcrübəsi arzuolunandır;
  • İlkin sənədləşmə (qaimə, faktura, aktlar) ilə işləmə prinsiplərini bilmək;
  • MS Office proqramları (xüsusilə MS Excel) ilə işləmək bacarığı;
  • Səlis danışıq qabiliyyəti və işgüzar telefon ünsiyyəti bacarığı;
  • Məsuliyyətli, diqqətli və komandada işləmək həvəsi.

Göstərilən tələblərə cavab verən namizədlər CV formalarını mövzu hissəsində "Satışa dəstək mütəxəssisi" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar