Əsas məzmuna keç
GoJob

İqtisadi təhlil, tarif və statistika şöbəsi, İqtisadi təhlil və statistika sektoru – Sektor müdiri

Azerbaijan Energy Regulatory AgencyBakıda sektor müdiri vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
19 oktyabr 2026
Son müraciət tarixi
18 noyabr 2026

Bakı şəhərində Maliyyə və Bank üzrə vakansiyalar

Vakansiya haqqında

Azerbaijan Energy Regulatory Agency Bakıda sektor müdiri axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə öhdəlikləri:

  • Sektorun fəaliyyətini təşkil edir, ona rəhbərlik edir və sektor adından sənədləri imzalayır;
  • Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;
  • Öz fəaliyyəti üzrə kadrların seçilməsində və yerləşdirilməsində iştirak edir;
  • Müvafiq sahədə tariflərin (qiymətlərin) iqtisadi cəhətdən əsaslılığı, səmərəliliyi və bazarın tənzimlənməsi baxımından optimallığının müəyyənləşdirilməsi üçün araşdırmalar aparır, subyektlərin tarifləri barəsində qabaqcıl təcrübəyə əsaslanmış hesabatlar hazırlayır və təkliflər verir; 
  • Elektrik və istilik enerjisi, habelə qaz təchizatı üzrə qiymətlərin (tariflərin) tənzimlənməsi məsələləri ilə bağlı xarici ölkələrin qabaqcıl təcrübəsini öyrənir; 
  • Müvafiq sahədə fəaliyyət göstərən müəssisələrin maliyyə hesabatlarını təhlil edir, layihələrin (investisiyaların) rentabelliyini qiymətləndirir;
  • Müvafiq sahədə tarif (qiymət) siyasəti ilə bağlı təkliflər verir;
  • Müvafiq sahədə tarif (qiymətqoyma) modellərinin hazırlanması və təkmilləşdirilməsi ilə bağlı tədbirlər görür;   
  • Enerji sahəsində iqtisadi siyasətin formalaşdırılmasına dair təkliflər hazırlayır və qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilməsini Agentliyin Aparatının struktur bölmələri ilə birgə təmin edir;
  • Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;
  • Enerji xidmətlərinin göstərilməsi zamanı tariflərin düzgün tətbiq edilməsinə Agentliyin aidiyyəti şöbələri ilə birlikdə nəzarət edir;
  • Şöbəyə daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin edir;
  • Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;
  • Şöbə müdirinə və şöbə üzrə Kuratora hesabat verir.

Tələblər:

  • “İqtisadiyyat və idarəetmə ixtisasları qrupu” istiqamətləri üzrə ali təhsili və ixtisas profilinə uyğun 4 ildən az olmayan iş təcrübəsi;
  • Yaş həddi 25-45 aralığı;
  • İqtisadi təhlil və ekonometrik modelləşdirmə bacarığı;
  • Microsoft Office proqramı üzrə hesabatları və təqdimatları yüksək səviyyədə hazırlamaq bacarığı;
  • Azərbaycan dilini səlis, ingilis dili  yüksək səviyyədə bilməli və rus dili arzu olunandı;
  • Fikrini düzgün ifadə etmə və savadlı  yazı qabiliyyəti;
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standarları və Korporativ Maliyyə sahəsi üzrə orta səviyyədə biliklərə malik olmalıdır;
  • İFRS və Korporativ Maliyyə sahəsi üzrə yüksək səviyyədə biliklərə malik olmalıdır 
  • ACCA, CFA və ya digər beynəlxalq maliyyə sertifikatlarının olması arzuolunandır 

Digər:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma.
  • İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini (Cv-lərini) Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (İqtisadi təhlil, tarif və statistika şöbəsi, İqtisadi təhlil və statistika sektoru – Sektor müdiri) qeyd edin.

Azerbaijan Energy Regulatory Agency şirkətinin digər vakansiyaları

Azerbaijan Energy Regulatory Agency vakansiyaları