Əsas məzmuna keç
GoJob

Təminat şöbəsi – Sürücü

Azerbaijan Energy Regulatory AgencyBakıda sürücü vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
13 oktyabr 2026
Son müraciət tarixi
12 noyabr 2026

Bakı şəhərində Logistika və Nəqliyyat üzrə vakansiyalar

Vakansiya haqqında

Azerbaijan Energy Regulatory Agency Bakıda sürücü axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə öhdəlikləri:

  • Xidməti nəqliyyat vasitəsini idarə edir, vəzifəli şəxsləri vaxtında və təhlükəsiz şəkildə lazımi ünvana çatdırır;
  • Xidməti nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarına riayət edir;
  • Yola düşməzdən qabaq nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlayır və onu yol boyu təmin edir;
  • Xidməti nəqliyyat vasitəsinin idarə edilməsi zamanı yolda meydana gələn və ixtisaslaşmış texniki xidmət tələb etməyən kiçik nasazlıqları aradan qaldırır;
  • Xidməti nəqliyyat vasitəsinin saz vəziyyətdə saxlanılmasını təmin edir;
  • Sürücülük vəsiqəsini, nəqliyyat vasitəsinin qeydiyyat şahadətnaməsini və yol (marşrut) vərəqəsini təhlükəsiz şəraitdə özündə saxlayır;
  • Ona etibar edilmiş əmlaka, maddi və digər sərvətlərə görə cavabdehlik daşıyır;
  • Əməyin mühafizəsi, əmək-icra intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitariya-gigiyena qaydalarına riayət edir;
  • Əmək müqaviləsi və şöbənin Əsasnaməsi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir.

Tələblər:

  • B kateqoriyası üzrə sürücülük vəsiqəsi;
  • Yaş həddi 25-45 aralığı;
  • Müvafiq sahə üzrə 5 ildən az olmayaraq iş təcrübəsi;
  • Azərbaycan dilini səlis, İngilis və ya rus dili biliyi arzuolunandır;
  • Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununu barədə tam biliklərə malik olmalıdır;
  • Rayonlar üzrə ezamiyyətə uyğun olmalıdır.

Digər:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini Müraciət et düyməsində qeyd olunan poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Təminat şöbəsi – sürücü) qeyd edin.

Azerbaijan Energy Regulatory Agency şirkətinin digər vakansiyaları

Azerbaijan Energy Regulatory Agency vakansiyaları