SƏTƏMM üzrə mühəndis (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi)
Daax ConstructionBakıda SƏTƏM üzrə mütəxəssis vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
Orta maaş: 1 000 AZN
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 24 noyabr 2026
- Baxış
- 672
- Müraciət
- 46
- Son müraciət tarixi
- 24 dekabr 2026
- Kateqoriya
- Mühəndislik və Texniki işlər
Bakı şəhərində Mühəndislik və Texniki işlər üzrə iş elanları
Vakansiya haqqında
Daax Construction Bakıda SƏTƏM üzrə mütəxəssis axtarır. Tam ştat, ofisdə iş. Müraciət e-poçtla, birbaşa işəgötürənə.
Struktur: Mərkəz
İş yeri: Alov Qüllələri - Flame Towers
Vəzifə haqqında:
- Daax Construction-a tikinti və digər sektorlarda çalışmış 10 il təcrübəyə malik SƏTƏMM üzrə mühəndis (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) axtarılır.
- Tikinti sahəsində sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏMM) üzrə qanunvericiliyin, normativ tələblərin, şirkətdaxili prosedurların və müqavilə öhdəliklərinin icrasını təmin etmək, istehsalat qəzalarının və peşə risklərinin qarşısını almaq, təhlükəsiz iş mühitinin yaradılmasına və qorunmasına nəzarət etmək.
Əsas vəzifələr:
- Tikinti sahəsində əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarına riayət olunmasına gündəlik nəzarət etmək.
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinin, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qüvvədə olan normativ hüquqi aktların tələblərinin yerinə yetirilməsini təmin etmək.
- Tikinti sahəsində potensial təhlükələrin müəyyən edilməsi, risklərin qiymətləndirilməsi və qabaqlayıcı tədbirlərin hazırlanmasını təşkil etmək.
- Podratçı və subpodratçı şirkətlərin SƏTƏMM qaydalarına və müqavilə üzrə təhlükəsizlik öhdəliklərinə riayət etmələrinə nəzarət etmək.
- Tikinti sahəsində gündəlik təhlükəsizlik yoxlamaları (Safety Inspection) həyata keçirmək, aşkar edilmiş uyğunsuzluqlar barədə hesabatlar hazırlamaq.
- Hündürlükdə işlər, qaynaq və digər odlu işlər, elektrik avadanlıqları ilə iş, yükqaldırma əməliyyatları və digər yüksək riskli fəaliyyətlər zamanı təhlükəsizlik tədbirlərinə nəzarət etmək.
- Yük liftlərinin, qaldırıcı mexanizmlərin, iskelelərin və digər tikinti avadanlıqlarının təhlükəsiz istismarına nəzarət etmək.
- İşçilərin fərdi mühafizə vasitələrindən (dəbilqə, qoruyucu ayaqqabı, təhlükəsizlik kəməri və s.) düzgün istifadə etmələrinə nəzarət etmək.
- İşçilər və subpodratçı heyət üçün ilkin, təkrar və məqsədli təhlükəsizlik təlimatlandırmalarını təşkil etmək və müvafiq qeydiyyat sənədlərini aparmaq.
- Gündəlik təhlükəsizlik brifinqlərinin (Toolbox Talk) keçirilməsini təmin etmək.
- Yüksək riskli işlər üzrə iş icazəsi (Permit to Work) prosedurlarının tətbiqinə və icrasına nəzarət etmək.
- Yanğın təhlükəsizliyi qaydalarına, fövqəladə hallara hazırlıq və təxliyə prosedurlarına riayət edilməsini yoxlamaq.
- İstehsalat qəzalarının, insidentlərin və potensial təhlükəli hadisələrin (Near Miss) araşdırılmasında iştirak etmək, səbəbləri təhlil etmək və təkrarlanmaması üçün tədbirlər hazırlamaq.
- Tikinti sahəsində sanitar-gigiyenik şəraitin və ətraf mühitin mühafizəsi tələblərinin yerinə yetirilməsinə nəzarət etmək.
- SƏTƏMM üzrə tələb olunan jurnalların, aktların, yoxlama siyahılarının, risk qiymətləndirmələrinin və hesabatların hazırlanmasını və yenilənməsini təmin etmək.
- SƏTƏMM üzrə aylıq və həftəlik hesabatları hazırlayaraq layihə rəhbərliyinə təqdim etmək.
- Aşkar edilmiş təhlükəli halların dərhal aradan qaldırılması üçün məsul şəxsləri məlumatlandırmaq və görülən tədbirlərin icrasını izləmək.
- Həyat və sağlamlıq üçün bilavasitə təhlükə yarandıqda işlərin dayandırılması ilə bağlı müəyyən edilmiş prosedurlara uyğun tədbirlərin görülməsini təmin etmək.
- Şirkətin SƏTƏMM siyasətinin və təhlükəsizlik mədəniyyətinin inkişaf etdirilməsində iştirak etmək.
Əsas tələblər:
- Ali texniki və ya müvafiq mühəndislik təhsili.
- SƏTƏMM, əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində minimum 10 illik iş təcrübəsi.
- Tikinti sektorunda, xüsusilə çoxmərtəbəli binaların tikintisi, təmiri və yenidənqurulması layihələrində praktiki iş təcrübəsi.
- Azərbaycan Respublikasının əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi üzrə qanunvericilik tələblərini yaxşı bilmək.
- Tikinti sahəsində risklərin qiymətləndirilməsi və təhlükəsizlik auditlərinin aparılması üzrə təcrübə.
- ISO 45001 və ISO 14001 standartları haqqında biliklər.
- NEBOSH, IOSH və ya digər beynəlxalq SƏTƏMM sertifikatlarının olması üstünlükdür.
- İş icazəsi sistemləri (PTW), risk qiymətləndirilməsi (Risk Assessment), JSA/JHA prosedurları üzrə bilik və təcrübə.
- Podratçı və subpodratçı şirkətlərlə iş proseslərinin koordinasiyası üzrə təcrübə.
- MS Office proqramlarından sərbəst istifadə bacarığı.
- Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı; ingilis və türk dillərini bilmək üstünlükdür.
Vəzifə üzrə təminatlar:
- Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur.
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “SƏTƏMM üzrə mühəndis (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi)” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Daax Construction şirkətinin digər vakansiyaları
Daax Construction vakansiyalarıOxşar vakansiyalar
Bakıda SƏTƏM üzrə mütəxəssis vakansiyasıSHP, Bakı
Xırdalanda SƏTƏM üzrə mütəxəssis vakansiyasıCarlsberg Azerbaijan, Xırdalan, Abşeron
Bakıda SƏTƏM üzrə mütəxəssis vakansiyasıCapital Construction, Bakı, Nəsimi
Bakıda SƏTƏM üzrə mütəxəssis vakansiyasıNorth West, Bakı
Bakıda SƏTƏM üzrə mütəxəssis vakansiyasıABB-İnvest İnvestisiya Şirkəti QSC, Bakı
Xırdalanda SƏTƏM üzrə mütəxəssis vakansiyasıBlue City Yaşayış Kompleksi, Xırdalan, Abşeron
İmişlidə SƏTƏM üzrə mütəxəssis vakansiyasıHajigabul Poultry Farm Company, İmişli
Daax Construction haqqında
- Aktiv vakansiya
- 2
- Əsas şəhər
- Bakı
Kimləri axtarır
- HR meneceri
- SƏTƏM üzrə mütəxəssis
Daax Construction vakansiyaları: hazırda GoJob-da 2 aktiv vakansiya var, ən çoxu Bakıda. Şirkət əsasən HR meneceri və SƏTƏM üzrə mütəxəssis vəzifələrinə işçi axtarır. Daax Construction işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.
Daax Construction: bütün vakansiyalar (2)«SƏTƏMM üzrə mühəndis (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi)» vakansiyası haqqında suallar
Maaş nə qədərdir?
GoJob-da Bakıda SƏTƏM üzrə mütəxəssis vakansiyalarında orta maaş 1 000 AZN-dir (son 3 ayda 8 vakansiya). Vakansiyada maaş göstərilməyib; Bakıda SƏTƏM üzrə mütəxəssis vakansiyalarında adətən 750–1 300 AZN təklif olunur.
İş qrafiki necədir?
Məşğulluq növü: Tam ştat.
Uzaqdan işləmək olarmı?
Xeyr, iş ofisdədir.
İş harada yerləşir?
Bakı.
Necə müraciət etmək olar?
«Müraciət et» düyməsini basın: şirkətin e-poçtu açılacaq, CV-nizi ora göndərin.