Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

SƏTƏM üzrə kiçik mühəndis

Capital ConstructionBakıda SƏTƏM üzrə mütəxəssis vakansiyası

Maaş: 600 ₼-dən / ay

Yerləşmə
Bakı, Nəsimi
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
18 noyabr 2026
Baxış
650
Müraciət
26
Son müraciət tarixi
18 dekabr 2026

Bakı şəhərində Mühəndislik və Texniki işlər üzrə iş elanları

Vakansiya haqqında

Capital Construction Bakının Nəsimi rayonunda SƏTƏM üzrə mütəxəssis axtarır. Tam ştat, maaş 600 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə öhdəlikləri:

  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət edilməsində iştirak etmək;
  • İşçilərin təhlükəsizlik üzrə təlimatlandırılmasını təşkil etməsində iştirak etmək;
  • Tikinti sahələrində risklərin qiymətləndirilməsi və təhlükələrin aradan qaldırılması üzrə tədbirlər görməsində digər xidmət işçilərinə köməklik etmək;
  • İstehsalat qəzaları və hadisələrinin araşdırılmasında iştirak etmək, hesabatlar hazırlamaq;
  • Subpodratçıların əməyin mühafizəsi tələblərinə əməl etməsinə nəzarət etmək;
  • Yanğın təhlükəsizliyi, ekologiya və tullantıların idarə olunması üzrə tədbirləri icrasında yardımçı olmaq;
  • Fərdi mühafizə vasitələrinin, təhlükəsizlik nişanlarının təminatı üçün birbaşa rəhbərinə müraciət etmək;
  • Xidmətiə aid sənədlərin tərtibatını icra etmək.

Namizədə tələblər:

  • Mühəndislik ixtisası üzrə ali təhsil və müvafiq sertifikat və ya Fövqəladə Hallar və həyat fəaliyyatinin təhlükəsizliyi mühəndisliyi ixtisasi üzrə Ali təhsil;
  • Müvafiq vəzifə üzrə 1 ilədək iş təcrübəsi (tikinti sahəsində üstünlük);
  • Əmək qanunvericiliyi və HSE standartları üzrə biliklər;
  • Analitik düşüncə, məsuliyyətlilik və operativ qərarvermə bacarığı.

İş şəraiti:

  • İş yeri: Bakı, Zığ qəs.
  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • Əmək haqqı: 600 - 800 AZN 

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “SƏTƏM üzrə kiçik mühəndis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Capital Construction şirkətinin digər vakansiyaları

Capital Construction vakansiyaları