Əsas məzmuna keç
GoJob

SƏTƏMM mütəxəssisi

Global ManagementBakıda SƏTƏM üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
13 oktyabr 2026
Son müraciət tarixi
12 noyabr 2026
Kateqoriya
Mühəndislik

Bakı şəhərində Mühəndislik üzrə vakansiyalar

Vakansiya haqqında

Global Management Bakıda SƏTƏM üzrə mütəxəssis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş barədə məlumat:

  • "Global Media Group" şirkətlər qrupuna daxil olan müəssisələrdə SƏTƏMM (Səhiyyə, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) proseslərinə ümumi nəzarətin olunması;
  • Tərkibdəki şirkətlərin SƏTƏMM üzrə məsul şəxslərinin fəaliyyətinin koordinasiya edilməsi, işlərinə nəzarət olunması və müntəzəm monitorinqlərin keçirilməsi;
  • SƏTƏMM sahəsi üzrə daxili qayda, təlimat və prosedur layihələrinin hazırlanması, yenilənməsi və tətbiqinə nəzarət;
  • Risklərin qiymətləndirilməsi prosesində iştirak və önləyici tədbirlər planının hazırlanması;
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası standartlarının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun təmin edilməsi;
  • Baş verə biləcək bədbəxt hadisələrin və insidentlərin araşdırılması, səbəblərinin təhlili və təkrar olunmaması üçün təkliflərin verilməsi;
  • Rəhbərliyə SƏTƏMM üzrə dövri hesabatların hazırlanması və təqdim olunması.

Namizədə tələblər:

  • Təhsil: Fövqəladə hallar, həyat fəaliyyətinin təhlükəsizliyi, ekologiya və ya əlaqədar əsas (müvafiq) sahə üzrə ali təhsil mütləqdir;
  • İş təcrübəsi: SƏTƏMM sahəsində minimum 2 il iş təcrübəsi;
  • Xüsusi tələb: Hərbi sistemi, hərbi intizam və təhlükəsizlik qaydalarını bilən namizədlərə üstünlük veriləcəkdir;
  • Sertifikatlar: SƏTƏMM üzrə beynəlxalq və ya daxili sertifikatların (NEBOSH, IOSH və s.) olması arzuolunandır;
  • Qanunvericilik bilikləri: AR Əmək Məcəlləsi və əməyin mühafizəsi üzrə normativ-hüquqi aktları mükəmməl bilməli;
  • Səriştələr: Yüksək təşkilatçılıq və analitik təhlil bacarığı, prinsipiallıq, nəzarətetmə və komanda ilə işləmə qabiliyyəti.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar