Əsas məzmuna keç
GoJob

SƏTƏM üzrə mütəxəssis

CMS PropertiesBakıda SƏTƏM üzrə mütəxəssis vakansiyası

Maaş: 1.500 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
14 oktyabr 2026
Son müraciət tarixi
13 noyabr 2026
Kateqoriya
Mühəndislik

Bakı şəhərində Mühəndislik üzrə vakansiyalar

Vakansiya haqqında

CMS Properties Bakıda SƏTƏM üzrə mütəxəssis axtarır. Tam ştat, maaş 1 500 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə Öhdəlikləri:

  • Risklərin Qiymətləndirilməsi: Liman ərazisindəki bütün iş prosesləri (yükləmə-boşaltma, kran əməliyyatları və s.) üzrə riskləri müəyyən etmək və effektiv nəzarət tədbirləri hazırlamaq.
  • Təhlükəsizlik Təlimləri: İşçi heyəti və subpodratçılar üçün müntəzəm olaraq SƏTƏM qaydaları, ilkin yardım və fövqəladə hallar üzrə təlimlər təşkil etmək və keçirmək.
  • Sahə Monitorinqi: Liman ərazisində gündəlik təhlükəsizlik baxışları keçirmək, qayda pozuntularını aşkar etmək və onların dərhal aradan qaldırılmasını təmin etmək.
  • Ətraf Mühitin Mühafizəsi: Tullantıların idarə olunması, dəniz suyunun çirklənməsinin qarşısının alınması üzrə ekoloji standartlara nəzarət etmək.
  • Sənədləşmə və Dəstək: Müəssisə daxili SƏTƏM prosedur və təlimatlarının hazırlanmasında aktiv iştirak etmək; iş icraçılarına və rəhbər işçilərə təhlükəsizlik məsələlərində metodiki köməklik göstərmək.

Namizədə dair Tələblər:

  • Təhsil: Ali təhsil (Texniki və ya Mühəndislik arzuolunandır).
  • Dil bilikləri: Azərbaycan dili - sərbəst, İngilis dili- İntermediate (yazmaq/oxumaq). 
  • Təcrübə: Gəmicilik və ya liman/terminal sahəsində SƏTƏM üzrə minimum 3 il iş təcrübəsi.
  • Qanunvericilik: Azərbaycan Respublikasının Əmək Məcəlləsi və müvafiq SƏTƏM qanunvericiliyi (normativ-hüquqi aktlar) üzrə biliklər.
  • Sertifikatlar: Müvafiq beynəlxalq (NEBOSH, IOSH) və yerli SƏTƏM sertifikatları. (arzuolunandır)
  • Yazılı Ünsiyyət: SƏTƏM sənədlərini, hesabatları və təlimatları hazırlamaq bacarığı.
  • Təşəbbüskarlıq və İnnovasiya: SƏTƏM sisteminin təkmilləşdirilməsi üçün yeni ideyalar irəli sürmək, iş proseslərini daha təhlükəsiz və səmərəli edəcək müasir həllər təklif etmək qabiliyyəti.

İş Şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Məkan: Liman ərazisi (Şıxov)
  • İş vaxtı: 6 günlük, istirahət günü: bazar günü.
  • Əmək haqqı: 1500-1700 AZN Net
  • Nahar şirkət tərəfindən qarşılanır

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “SƏTƏM üzrə Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar