Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Sistem Administratoru

Golden PayBakıda sistem administratoru vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
24 noyabr 2026
Baxış
624
Müraciət
33
Son müraciət tarixi
24 dekabr 2026

Bakı şəhərində İnformasiya Texnologiyaları üzrə iş elanları

Vakansiya haqqında

Golden Pay Bakıda sistem administratoru axtarır. Tam ştat, ofisdə iş. Müraciət e-poçtla, birbaşa işəgötürənə.

Vakansiyanın tələbləri: 

  • Təhsil: Ali; 
  • İş təcrübəsi: müvafiq sahə üzrə 3 il; 
  • Müvafiq WAN/LAN texnologiyaları, serverin virtuallaşdırılması, saxlama və təhlükəsizlik texnologiyaları, verilənlər bazası üzrə təcrübə; 
  • Virtualizasiya texnologiyaları ilə təcrübə – VMware vSphere, VMware HCI; 
  • Backup sistemləri ilə iş təcrübəsi - Veeam Backup and Replication; 
  • Linux (RHEL, Centos Linux, Ubunut, Alma linux), BSD üzrə biliklər; 
  • İT avadanlıq konseptləri (RAID, SAN,x86 Architecture, SCSI, ISCSI, FCP,FCIP) üzrə biliklər; 
  • Qoruyucu divarlar,ruterlər,şəbəkə açarları,DNS,DHCP,VPN,FTP,internet protokolları barədə biliklər; 
  • Avtomatlaşdırma tool-ları ilə iş bacarığı - Ansible, Terrafrom. 

Vəzifə öhdəlikləri: 

  • Linux sistemlərinin idarəsi və konfiqurasiyası (RHEL, CentOS, Ubuntu);
  • HTTP-serverlərin idarəsi (Nginx, Apache + php, Tomcat); 
  • LoadBalancer/Failover sistemlərinin idarə olunması (keepalive, peacemaker, haproxy, nginx); 
  • Skript dillərində tapşırıqların avtomatlaşdırılması (Bash, sh); 
  • IT infrastrukturuna aid sistemlərin tətbiq edilməsi və inzibatçılığı, etibarlı işləməsinin və yenilənməsinin təmin edilməsi; baş verən insidentlərin və problemlərin vaxtında həll edilməsi; 
  • Ehtiyat surətlərin yaradılması prosesinin idarəedilməsi və nəzarətdə saxlanması; 
  • Məlumat mərkəzinin infrastruktur komponentlərinin (server, hipervizor, storage, SAN və s.) və öhdəliyində olan digər İT sistemlərinin (Windows OS, MS Exchange, AD və s.) inzibatçılığının və etibarlı işləməsinin təmin edilməsi;
  • Qəbul edilmiş qayda, təlimat və standartlara uyğun olaraq sistemlərin inzibatçılığının həyata keçirilməsi (patçların və yenilənmələrin quraşdırılması, monitorinqi və s.); 
  • Sistem konfiqurasiyalarının təhlükəsizliyinin təmin edilməsi (“security hardening”); 
  • Məlumatların ehtiyat surətlərinin yaradılması və mütəmadi nəzarətdə saxlanılması; 
  • Müvafiq hesabatların hazırlanması; 
  • Müvafiq texniki sənədləşmənin aparılması; 
  • Daxili və xarici audit tapıntıları, risk qiymətləndirməsi və ya digər bölmələrdən daxil olan təkliflər əsasında sistemlərin daim inkişaf etdirilməsi. 

İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək. 

Müraciət etmək üçün, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

Golden Pay şirkətinin digər vakansiyaları

Golden Pay vakansiyaları

Golden Pay haqqında

Aktiv vakansiya
3
Son 6 ayda
18
Əsas şəhər
Bakı

Kimləri axtarır

  • backend developer
  • sürücü
  • şöbə müdiri
  • proqramçı
  • sistem administratoru

Golden Pay vakansiyaları: hazırda GoJob-da 3 aktiv vakansiya var, ən çoxu Bakıda. Şirkət əsasən backend developer, sürücü, şöbə müdiri, proqramçı və sistem administratoru vəzifələrinə işçi axtarır. Son 6 ayda Golden Pay şirkətində iş üçün 18 vakansiya dərc olunub. Golden Pay işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.

Golden Pay: bütün vakansiyalar (3)

«Sistem Administratoru» vakansiyası haqqında suallar

İş qrafiki necədir?

Məşğulluq növü: Tam ştat.

Uzaqdan işləmək olarmı?

Xeyr, iş ofisdədir.

İş harada yerləşir?

Bakı.

Necə müraciət etmək olar?

«Müraciət et» düyməsini basın: şirkətin e-poçtu açılacaq, CV-nizi ora göndərin.