Əsas məzmuna keç
GoJob

Smeta mühəndisi

AQROMANBakıda smetaçı vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
22 oktyabr 2026
Son müraciət tarixi
21 noyabr 2026
Kateqoriya
Mühəndislik

Bakı şəhərində Mühəndislik üzrə vakansiyalar

Vakansiya haqqında

AQROMAN Bakıda smetaçı axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş şəraiti

  • Əməkhaqqı: Razılaşma yolu ilə
  • İş qrafiki: 5 günlük

Vəzifə öhdəlikləri

  • Tikinti və təmir layihələri üzrə smeta sənədlərinin hazırlanması və hesablanması;
  • Layihə və işçi cizgiləri əsasında iş həcmlərinin müəyyən edilməsi;
  • Tikinti materialları, əmək və mexanizmlər üzrə xərclərin hesablanması;
  • Material və xidmətlərin cari bazar qiymətlərinin araşdırılması, qiymət təkliflərinin toplanması və müqayisəli təhlilinin aparılması;
  • Smeta dəyərinin optimallaşdırılması və xərclərin düzgün hesablanmasına nəzarət edilməsi;
  • Podratçı və təchizatçılardan alınan qiymət təkliflərinin təhlil edilməsi;
  • Smeta sənədlərində dəyişikliklərin və əlavə işlərin hesablanması;
  • Texniki şöbə və satınalma şöbəsi ilə sıx əməkdaşlıq edilməsi.

Namizədə tələblər

  • Smeta mühəndisi vəzifəsi üzrə minimum 3 il iş təcrübəsi;
  • Tikinti norma və qaydaları, smeta tərtibatı prinsipləri barədə biliklər;
  • Layihə cizgilərini oxumaq və iş həcmlərini hesablamaq bacarığı;
  • Material və tikinti işləri üzrə bazar qiymətlərini araşdırmaq və təhlil etmək bacarığı;
  • MS Excel proqramı ilə sərbəst işləmək;
  • Dəqiqlik, məsuliyyətlilik və analitik düşünmə qabiliyyəti;
  • Komandada işləmək və işləri vaxtında təhvil vermək bacarığı.

Təklif edirik

  • Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq razılaşma yolu ilə müəyyən edilir;
  • Peşəkar inkişaf və karyera imkanları;
  • Peşəkar komanda ilə işləmək imkanı.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar