Əsas məzmuna keç
GoJob

Mühəndis-Smetaçı / Cost Estimator

Enter Engineerıng PTE. LtdBakıda smetaçı vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
5 oktyabr 2026
Son müraciət tarixi
4 noyabr 2026
Kateqoriya
Mühəndislik

Bakı şəhərində Mühəndislik üzrə vakansiyalar

Vakansiya haqqında

Enter Engineerıng PTE. Ltd Bakıda smetaçı axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Böyük tikinti və infrastruktur layihələri üzrə fəaliyyət göstərən tikinti şirkəti komandamıza təcrübəli Mühəndis-Smetaçı / Cost Estimator axtarır.

Əsas tələblər

  • İnşaat, mühəndislik və ya tikinti iqtisadiyyatı üzrə ali təhsil;
  • Mühəndis-smetaçı kimi 3–5 ildən az olmayan iş təcrübəsi;
  • Tikinti və tikinti-quraşdırma işlərinin dəyərinin hesablanması üzrə praktiki təcrübə;
  • Böyük tikinti, sənaye və ya infrastruktur layihələrində iş təcrübəsi;
  • Namizədin yaşadığı ölkədən kənarda tikinti layihələrində iş təcrübəsinin olması;
  • Tender təkliflərinin və beynəlxalq sifarişçilər üçün qiymət hesablamalarının hazırlanması üzrə təcrübə;
  • Tikinti çertyojlarının, spesifikasiyaların, BOQ və digər layihə sənədlərinin sərbəst oxunması;
  • İş həcmlərini müstəqil şəkildə müəyyən etmək və yoxlamaq bacarığı;
  • Tikinti texnologiyalarının və işlərin icra ardıcıllığının yaxşı bilinməsi;
  • Tikinti layihəsinin maya dəyərinin strukturunu anlamaq;
  • Material, avadanlıq, əmək, tikinti texnikası, logistika və subpodrat işlərinin dəyərinin hesablanması üzrə təcrübə;
  • Microsoft Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
  • Smeta və digər ixtisaslaşmış proqramlarla iş təcrübəsi;
  • AutoCAD və PDF formatında layihə sənədləri ilə işləmək bacarığı;
  • Təchizatçıların və subpodratçıların kommersiya təkliflərinin təhlili üzrə təcrübə;
  • Rus dili, İngilis dili – işgüzar səviyyədə (ən azı Intermediate/Upper-Intermediate). Layihə, tender və kommersiya sənədləri ilə işləmək üçün zəruridir;
  • Digər xarici dilləri bilmək əlavə üstünlükdür;
  • Diqqətlilik, analitik düşüncə, məsuliyyətlilik və rəqəmlərlə yüksək dəqiqliklə işləmək bacarığı.

Üstünlük hesab olunur

  • Beynəlxalq tikinti şirkətlərində iş təcrübəsi;
  • Estimator / Cost Engineer / Quantity Surveyor vəzifələrində iş təcrübəsi;
  • Xaricdə tikinti sektorunda iş təcrübəsi;
  • EPC / Design & Build layihələrində iş təcrübəsi;
  • Tikinti dəyərinin hesablanması üzrə beynəlxalq standart və yanaşmalar haqqında bilik;
  • Beynəlxalq tenderlərdə iştirak təcrübəsi;
  • Sənaye obyektləri, yaşayış kompleksləri, infrastruktur və enerji layihələrində iş təcrübəsi;
  • Rus, ingilis və ya digər xarici dilləri bilmək.

Əsas vəzifələr

  • Smeta, Cost Estimate və Tender Pricing hazırlanması;
  • Layihə və işçi sənədlərinin, çertyojların, spesifikasiyaların və BOQ-ların təhlili;
  • Tikinti-quraşdırma işlərinin həcmlərinin hesablanması;
  • Material, avadanlıq, işçi qüvvəsi və tikinti texnikasının dəyərinin hesablanması;
  • Layihənin maya dəyərinin və tender qiymətinin formalaşdırılması;
  • Təchizatçı və subpodratçı qiymətlərinin təhlili;
  • Kommersiya təkliflərinin müqayisəli cədvəllərinin hazırlanması;
  • Sifarişçi tərəfindən təqdim olunan smeta sənədlərinin yoxlanılması, səhv və çatışmayan həcmlərin müəyyən edilməsi;
  • Ətraflı Cost Breakdown hazırlanması;
  • Birbaşa və dolayı xərclərin, overhead xərclərinin, mobilizasiya, logistika və digər layihə xərclərinin hesablanması;
  • Layihənin dəyərinin optimallaşdırılması və Value Engineering prosesində iştirak;
  • Layihələndirmə, satınalma, istehsalat və kommersiya bölmələri ilə sıx əməkdaşlıq.

İş şəraiti

  • İş yeri: Bakı, Azərbaycan
  • İş rejimi: Tam iş günü
  • Ezamiyyətlərə hazır olmaq: Bəli
  • Əmək haqqı: Müsahibənin nəticələrinə əsasən müəyyən edilir.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar