PR və SMM Meneceri
Park CinemaBakıda SMM meneceri vakansiyası
Maaş: 1.500 ₼-dən / ay
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 13 noyabr 2026
- Son müraciət tarixi
- 13 dekabr 2026
- Kateqoriya
- Marketinq və PR
Vakansiya haqqında
Park Cinema Bakıda SMM meneceri axtarır. Tam ştat, maaş 1 500 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.
Vəzifə öhdəlikləri
PR istiqaməti:
- Şirkətin ictimaiyyətlə əlaqələr strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Şirkətin müsbət imicinin və brend nüfuzunun qorunması və inkişaf etdirilməsi;
- Media nümayəndələri, bloggerlər, influencerlər və tərəfdaşlarla əlaqələrin qurulması və idarə olunması;
- Mətbuat açıqlamaları, press-relizlər və rəsmi məlumatların hazırlanması;
- Yeni filmlərin premyeraları, xüsusi nümayişlər və digər tədbirlərin PR planının hazırlanması və icrası;
- Reklam və kommunikasiya kampaniyalarının təşkili;
- Şirkətin tədbirlərdə və ictimai platformalarda təmsil olunmasının təmin edilməsi;
- Media və ictimaiyyət rəylərinin izlənilməsi, reputasiya risklərinin idarə olunması.
SMM istiqaməti:
- Şirkətin sosial media hesablarının (Instagram, Facebook, TikTok və digər platformalar) idarə olunması;
- Aylıq və həftəlik kontent planlarının hazırlanması və icrası;
- Sosial media üçün kreativ ideyaların, mətnlərin və paylaşım konseptlərinin hazırlanması;
- Film təqdimatları, premyeralar, kampaniyalar və xüsusi təkliflər üzrə kontentlərin hazırlanmasının təşkili;
- Foto və video çəkilişlərinin planlaşdırılması və koordinasiyası;
- Reels, Stories və digər sosial media formatları üzrə kontentlərin hazırlanması;
- Sosial media auditoriyası ilə kommunikasiyanın qurulması, mesaj və şərhlərin idarə olunması;
- Sosial media statistikalarının və reklam kampaniyalarının nəticələrinin təhlili;
- İzləyici sayının, əhatə dairəsinin və sosial media aktivliyinin artırılması istiqamətində tədbirlərin görülməsi;
- SMM və rəqəmsal reklam fəaliyyətlərinin effektivliyinin qiymətləndirilməsi.
Namizədə tələblər
- PR, SMM, Marketinq və ya müvafiq sahə üzrə iş təcrübəsi;
- Sosial media platformalarının idarə olunması üzrə praktiki biliklər;
- Kreativ düşünmə və kontent ideyaları yaratmaq bacarığı;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Rus və ingilis dillərini bilmək arzuolunandır;
- Canva, CapCut və digər kontent hazırlama proqramları ilə işləmək bacarığı;
- Foto və video çəkiliş proseslərini koordinasiya etmək bacarığı;
- Analitik düşüncə, təşkilatçılıq və komanda ilə işləmək bacarığı;
- Operativ, məsuliyyətli və nəticəyönümlü olmaq.
Təklif edirik
- 1 500 AZN NET əmək haqqı;
- Kreativ və dinamik iş mühiti;
- Böyük auditoriyaya malik tanınmış brendlə işləmək imkanı;
- Peşəkar inkişaf və karyera perspektivi.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.