Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Sosial Media Marketinqi üzrə Aparıcı Mütəxəssis

DecolivBakıda SMM mütəxəssisi vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Orta maaş: 800 AZN

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
25 noyabr 2026
Baxış
654
Müraciət
43
Son müraciət tarixi
25 dekabr 2026

Bakı şəhərində Marketinq və PR üzrə iş elanları

Vakansiya haqqında

Decoliv Bakıda SMM mütəxəssisi axtarır. Tam ştat, ofisdə iş. Müraciət e-poçtla, birbaşa işəgötürənə.

Decoliv komandamıza Sosial Media Marketinqi üzrə Aparıcı Mütəxəssis axtarırıq!

Brendimizin rəqəmsal platformalarda mövqeyinin gücləndirilməsi, sosial media strategiyasının hazırlanması və yaradıcı kontentin idarə olunması istiqamətində təcrübəli komanda yoldaşı axtarırıq.

Əsas vəzifə öhdəlikləri

  • Şirkətin sosial media strategiyasına əsasən həftəlik və aylıq kontent plan hazırlamaq;
  • Instagram, Facebook, TikTok, LinkedIn və digər sosial media platformalarının idarə olunmasını təmin etmək;
  • Brendin vizual və kommunikasiya üslubuna uyğun kreativ kontent ideyaları hazırlamaq;
  • Foto, video, Reels və digər rəqəmsal kontentlərin hazırlanması və prosesi koordinasiya etmək;
  • Sosial media reklam kampaniyalarını planlaşdırmaq, idarə etmək və optimallaşdırmaq;
  • Meta Ads Manager və digər reklam platformaları üzərindən hədəfli reklam kampaniyaları həyata keçirmək;
  • Sosial media göstəricilərini (Reach, Engagement, CTR, Conversion və s.) təhlil etmək və hesabatlar hazırlamaq;
  • İzləyicilərlə kommunikasiyanı və sosial media üzərindən daxil olan müraciətlərin idarə olunmasını təmin etmək;
  • Influencer və kontent yaradıcıları ilə əməkdaşlıqları təşkil etmək;
  • Aylıq sosial media hesabatlarını hazırlamaq və inkişaf təklifləri vermək.

Namizədə dair tələblər

  • Marketinq, biznesin idarə edilməsi, kommunikasiya və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Sosial media marketinqi sahəsində minimum 2 il iş təcrübəsi;
  • Instagram, Facebook, TikTok platformalarının idarə olunması üzrə praktiki biliklər;
  • Kontent strategiyasının və sosial media planlarının hazırlanması bacarığı;
  • Sosial media analitikası və KPI-ların ölçülməsi üzrə biliklər;
  • Kreativ düşünmə, güclü kommunikasiya və analitik təhlil bacarığı;
  • Komanda ilə işləmək, vaxtı düzgün idarə etmək və paralel layihələri koordinasiya etmək bacarığı;
  • Pərakəndə satış (Retail) sektorunda iş təcrübəsi;
  • E-commerce və rəqəmsal marketinq kampaniyaları üzrə təcrübə;
  • Influencer marketing və UGC layihələrinin idarə olunması;
  • Foto və video çəkilişlərinin təşkili üzrə praktiki bacarıqlar.

Biz nə təklif edirik?

  • Rəqabətli əməkhaqqı;
  • Nahar təminatı;
  • Peşəkar inkişaf və karyera imkanları;
  • Dinamik və yaradıcı iş mühiti.

Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu hissəsində “Sosial Media Marketinqi üzrə Aparıcı Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Decoliv şirkətinin digər vakansiyaları

Decoliv vakansiyaları

Decoliv haqqında

Aktiv vakansiya
4
Son 6 ayda
9
Əsas şəhər
Bakı

Kimləri axtarır

  • şöbə müdiri
  • SƏTƏM üzrə mütəxəssis
  • satınalma üzrə mütəxəssis
  • SMM mütəxəssisi

Decoliv vakansiyaları: hazırda GoJob-da 4 aktiv vakansiya var, ən çoxu Bakıda. Şirkət əsasən şöbə müdiri, SƏTƏM üzrə mütəxəssis, satınalma üzrə mütəxəssis və SMM mütəxəssisi vəzifələrinə işçi axtarır. Son 6 ayda Decoliv şirkətində iş üçün 9 vakansiya dərc olunub. Decoliv işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.

Decoliv: bütün vakansiyalar (4)

«Sosial Media Marketinqi üzrə Aparıcı Mütəxəssis» vakansiyası haqqında suallar

Maaş nə qədərdir?

GoJob-da Bakıda SMM mütəxəssisi vakansiyalarında orta maaş 800 AZN-dir (son 3 ayda 23 vakansiya). Vakansiyada maaş göstərilməyib; Bakıda SMM mütəxəssisi vakansiyalarında adətən 600–800 AZN təklif olunur.

İş qrafiki necədir?

Məşğulluq növü: Tam ştat.

Uzaqdan işləmək olarmı?

Xeyr, iş ofisdədir.

İş harada yerləşir?

Bakı.

Necə müraciət etmək olar?

«Müraciət et» düyməsini basın: şirkətin e-poçtu açılacaq, CV-nizi ora göndərin.