SMM mütəxəssisi
İMANNA MMCBakıda SMM mütəxəssisi vakansiyası
Maaş: 800 ₼-dən / ay
Orta maaş: 800 AZN
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 27 noyabr 2026
- Baxış
- 689
- Müraciət
- 56
- Son müraciət tarixi
- 27 dekabr 2026
- Kateqoriya
- Marketinq və PR
Vakansiya haqqında
İMANNA MMC Bakıda SMM mütəxəssisi axtarır. Tam ştat, ofisdə iş, maaş 800 AZN. Müraciət e-poçtla, birbaşa işəgötürənə.
Marketinq komandasına sosial media hesablarının idarə olunması, rəqəmsal reklam kampaniyalarının həyata keçirilməsi və vizual kontentin hazırlanması üzrə kreativ, məsuliyyətli və nəticəyönümlü SMM mütəxəssisi axtarırıq.
Vəzifə öhdəlikləri:
Sosial media idarəçiliyi
- Şirkətə məxsus brendlərin sosial media hesablarının (Instagram, Facebook, TikTok) idarə olunması;
- Aylıq kontent planının hazırlanması və icrasının təmin edilməsi;
- Brendin kommunikasiya strategiyasına uyğun kreativ kontent ideyalarının hazırlanması;
- Post, Story, Reels və TikTok videoları üçün mətnlərin və ssenarilərin hazırlanması;
- Foto və video çəkilişlərinin təşkili və çəkiliş prosesində iştirak;
- Sosial media üzərindən daxil olan şərh və mesajların operativ cavablandırılması;
- Rəqiblərin sosial media fəaliyyətinin və aktual trendlərin mütəmadi təhlil edilməsi.
Rəqəmsal reklam və analitika
- Meta Ads Manager və TikTok Ads Manager platformalarında reklam kampaniyalarının yaradılması, idarə olunması və optimallaşdırılması;
- Hədəf auditoriyalarının müəyyənləşdirilməsi və seqmentləşdirilməsi;
- Ayrılmış reklam büdcəsinin effektiv idarə olunması;
- Reklam kampaniyalarının effektivliyinin təhlil edilməsi (CTR, CPC, CPM, CPA, ROAS);
- Brendin tanınmasının, auditoriya aktivliyinin və satış göstəricilərinin artırılmasına yönəlmiş reklam kampaniyalarının həyata keçirilməsi;
- Həftəlik və aylıq hesabatların hazırlanması.
Namizədə dair tələblər:
- SMM və rəqəmsal marketinq sahəsində minimum 1–2 il iş təcrübəsi;
- Meta Ads Manager və TikTok Ads Manager platformaları üzrə praktiki bilik və bacarıqlar;
- Qrafik dizayn üzrə ilkin (Junior) səviyyədə bilik və bacarıqlar;
- Sosial media alqoritmləri və rəqəmsal marketinq trendləri haqqında məlumatlı olmaq;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Rus və ingilis dillərini bilmək üstünlükdür;
- Kreativ düşüncə və analitik yanaşma;
- Məsuliyyətlilik, təşəbbüskarlıq və vaxtın düzgün idarə olunması;
- Komandada işləmək və eyni zamanda bir neçə layihəni idarə etmək bacarığı;
- FMCG və ya qida sektorunda iş təcrübəsi üstünlükdür.
Maaş – 800 Azn
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu yerində SMM mütəxəssisi qeydedilməlidir.
Oxşar vakansiyalar
- Bakıda SMM mütəxəssisi vakansiyasıKids Gymnastics MMC, Bakı
Bakıda SMM mütəxəssisi vakansiyasıDecoliv, Bakı
Bakıda SMM mütəxəssisi vakansiyasıAnqard, Bakı
Bakıda SMM mütəxəssisi vakansiyasıESKARPİNİ, Bakı
Bakıda SMM mütəxəssisi vakansiyasıCaspian Energy Club, Bakı
Bakıda SMM mütəxəssisi vakansiyasıMerlone Quru Təmizləmə, Bakı
Bakıda SMM mütəxəssisi vakansiyasıBir Electronics, Bakı
İMANNA MMC haqqında
- Aktiv vakansiya
- 1
- Son 6 ayda
- 4
- Əsas şəhər
- Bakı
Kimləri axtarır
- sürücü
- SMM mütəxəssisi
İMANNA MMC vakansiyaları: hazırda GoJob-da şirkətin yalnız bu elanı aktivdir. Şirkət əsasən sürücü və SMM mütəxəssisi vəzifələrinə işçi axtarır. Son 6 ayda İMANNA MMC şirkətində iş üçün 4 vakansiya dərc olunub. İMANNA MMC vakansiyalarında maaş adətən 600–760 AZN arasındadır. İMANNA MMC işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.
İMANNA MMC: bütün vakansiyalar (1)«SMM mütəxəssisi» vakansiyası haqqında suallar
Maaş nə qədərdir?
800 ₼-dən / ay. GoJob-da Bakıda SMM mütəxəssisi vakansiyalarında orta maaş 800 AZN-dir (son 3 ayda 22 vakansiya). Bu vakansiyada 800 AZN təklif olunur — orta səviyyədə.
İş qrafiki necədir?
Məşğulluq növü: Tam ştat.
Uzaqdan işləmək olarmı?
Xeyr, iş ofisdədir.
İş harada yerləşir?
Bakı.
Necə müraciət etmək olar?
«Müraciət et» düyməsini basın: şirkətin e-poçtu açılacaq, CV-nizi ora göndərin.