Əsas məzmuna keç
GoJob

Maliyyə üzrə Şöbə Müdiri

Zeytun PharmaceuticalsBakıda şöbə müdiri vakansiyası

Maaş: 3.000 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
27 oktyabr 2026
Son müraciət tarixi
26 noyabr 2026

Bakı şəhərində Maliyyə və Bank üzrə vakansiyalar

Vakansiya haqqında

Zeytun Pharmaceuticals Bakıda şöbə müdiri axtarır. Tam ştat, maaş 3 000 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Tələblər:

  • Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
  • Təcrübə: minimum 5 il (maliyyə təhlili sahəsində);
  • Satışların, ehtiyatların təhlili üzrə bilikər və təcrübə;
  • Komputer üzrə biliklər: 1C; MS Office (Excell- əla səviyyədə) proqramlarından sərbəst istifadə qabiliyyəti;

Vəzifə öhdəliki:

  • Layihələrin iqtisadi hesablamalarının aparılması;
  • Aylıq maliyyə hesabatının bağlanılmasına nəzarət;
  • Gömrük və idxal rüsumlarının işlənməsinin yoxlanılması;
  • Nəqliyyat reyestrinin işlənməsinə və xərclərə nəzarət;
  • Sistemdə təsdiqlənmiş düzəlişlərin aparılması;
  • Müxabirləşmələrin düzgün gedişinin yoxlanması və düzəlişi;
  • Təchizatlardan daxil olmaların və ödənişilərin yoxlanması;
  • Hesab qalıqlarının yoxlanması;
  • Mədaxil və silinən malların qarşılıqlı yoxlanması uyğun düzəlişlərin icrası;
  • Təsdiqlənməmiş və silinmiş mədaxil qaimələrinin araşdırılması;
  • Satışın mənfəətliliyinin araşdırılması və düzəlişi;
  • Sifarişlərin maya dəyərinin hazırlanması və satış qiyməti təklifinin verilməsi;
  • Xarici alışlarda əmtəə çeşidi üzrə müşahidə olunan qiymət dəyişikliyi hesabatını hazırlamaq və qiymət artımı səbəbini araşdırmaq;
  •  Analitik hesablamaların hazırlanması;
  • Satış və satınalma üzrə hesablaşmalara nəzarət edilməsi;
  • İtkilərin və izafi xərclərin qarşısının alınması, ehtiyatların üzə çıxarılması və mənbələrin bütün növlərindən daha səmərəli istifadə edilməsi üçün təhlillər əsasında təkliflər hazırlamaq;
  • Maliyyə hesabatlarının hazırlanması, maliyyə göstəricilərinin analitikası;
  • Nəğd vəsaitlərin hərəkətinə dinamik nəzarət zamanı geniş bazalı məlumatların toplanması və təhlili;

İş şəraiti:

  • İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı, Zərifə Əliyeva küç., 93);
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
  • Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı: 3000-3500 AZN (Namizədin təcrübəsində asılı olaraq)

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.

Zeytun Pharmaceuticals şirkətinin digər vakansiyaları

Zeytun Pharmaceuticals vakansiyaları