Əsas məzmuna keç
GoJob

Avtoyükləyici sürücüsü (Gəncə şəhəri)

Gəncədə sürücü vakansiyasıAzəralüminium MMC

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Gəncə
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
22 oktyabr 2026
Son müraciət tarixi
21 noyabr 2026

Vakansiya haqqında

Azəralüminium MMC Gəncədə sürücü axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

“Azəralüminium” MMC-nin Gəncə İstehsalat Kompleksi avtoyükləyici sürücüsü vəzifəsi üzrə işə qəbul elan edir.

Namizədə dair tələblər:

  • Müvafiq peşə üzrə bilik və bacarıqlara malik olmaq;
  • Avtoyükləyicini idarə etmək üçün tələb olunan müvafiq sənədlərə malik olmaq;
  • Texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etmək;
  • Tapşırıqları məsuliyyətlə və intizamlı şəkildə yerinə yetirmək;
  • Komandada işləmək bacarığına malik olmaq.

Əsas vəzifə öhdəlikləri:

  • Avtoyükləyicini təyinatına uyğun və təhlükəsiz idarə etmək;
  • Yükləmə, boşaltma və materialların daşınması işlərini yerinə yetirmək;
  • İşə başlamazdan əvvəl avtoyükləyicinin texniki vəziyyətini yoxlamaq;
  • Aşkar edilmiş nasazlıqlar barədə birbaşa rəhbərə məlumat vermək;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə əməl etmək.

“Azəralüminium”u öz sahəsində fərqləndirən əsas dəyərlər:

  • Texnoloji yenilik – çağdaş dövrün texnoloji yeniliklərinin tətbiq olunduğu avtomatlaşdırılmış və dünya standartlarına cavab verən müəssisədir;
  • Dayanıqlılıq və sabitlik – “Azəralüminium” ölkənin aparıcı alüminium istehsalçısı olmaqla uzunillik təcrübəyə malik sabit müəssisədir;
  • Rəqabətli sosial paket, qidalanma və nəqliyyat – sosial paket analoji bazarda ən yaxşılardandır, qidalanma və nəqliyyat müəssisə hesabına təmin edilir;
  • Sağlam mühit – Müəssisədə münasibətlər peşəkarlıq və etibar üzərində qurulub.

“Azəralüminium”da daim öyrənmək və inkişaf var. Özünü sınamaq və böyümək üçün əla fürsətdir. Əgər siz məqsədli, öyrənməyə açıq və biliklərini tətbiq etməyə açıq birisinizsə, o zaman sizi gözləyirik!

Müraciət edən namizədlər arasından yalnız daha uyğun gələn namizədlər müsabiqəyə dəvət olunacaq.

Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsinə “Avtoyükləyici sürücüsü” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar