Əsas məzmuna keç
GoJob

Təcrübə proqramı

Meqa Həyat SığortaBakıda təcrübə proqramı vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
11 sentyabr 2026
Son müraciət tarixi
14 oktyabr 2026

Bakı şəhərində Maliyyə, Bank və Sığorta üzrə vakansiyalar

Vakansiya haqqında

Meqa Həyat Sığorta Bakıda «Təcrübə proqramı» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

“Meqa Həyat Sığorta” ASC sığorta və satış sahəsində karyera qurmaq istəyən namizədləri Təcrübə Proqramına qoşulmağa və peşəkar komandamızın bir üzvü olmağa dəvət edir.

Bu proqramın əsas məqsədi təcrübəçilərin sığorta və satış sahəsində peşəkar bilik və bacarıqlarını inkişaf etdirmək, onları müştəri münasibətlərinin idarə olunması, satış prosesləri və sığorta əməliyyatları ilə yaxından tanış etməkdir. Proqram çərçivəsində təcrübəçilər daxili təlimlərdə iştirak edəcək, gündəlik iş proseslərinə cəlb olunacaq və peşəkar mentorların dəstəyi ilə real iş təcrübəsi qazanacaqlar.

Öhdəliklər

  • Mövcud müştərilərin sığorta müqavilələrinin yenilənməsi;
  • Yeni müştərilərdən daxil olan sorğuların cavablandırılması;
  • Potensial müştərilərlə telefon vasitəsilə əlaqə saxlanılması;
  • Müştərilərə sığorta məhsulları barədə ətraflı məlumat verilməsi;
  • Müştəri və müqavilə məlumatlarının daxili informasiya sisteminə daxil edilməsi.

Bilik və Bacarıqlar

  • MS Office proqramları ilə işləmə bacarığı;
  • Sığorta qanunvericiliyi üzrə biliklər (üstünlükdür);
  • Yüksək ünsiyyət və komanda ilə işləmə bacarığı;
  • Məsuliyyətlilik və dəqiqlik;
  • Dil bilikləri: Azərbaycan dili (rus və ingilis dilləri isə arzuolunandır);

Təhsil və Təcrübə

  • Ali təhsil (bakalavr dərəcəsi);
  • Müvafiq sahə üzrə 0–1 il iş təcrübəsi arzuolunandır.

Bizim Təklifimiz

  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  • Davamlı öyrənmə və inkişaf mühiti;
  • Daxili təlimlər və peşəkar mentor dəstəyi;
  • Sığorta məhsulları və satış prosesini praktiki şəkildə öyrənmək imkanı;
  • Müştərilərlə peşəkar ünsiyyət bacarıqlarını inkişaf etdirmək;
  • Real iş mühitində təcrübə qazanmaq;
  • Uğurlu nəticə göstərən namizədlər üçün uzunmüddətli əməkdaşlıq və karyera inkişafı imkanı;

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "Təcrübə proqramı" qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar