Əsas məzmuna keç
GoJob

Təcrübəçi / Kiçik mühasib

RAHAT Supermarketlər şəbəkəsiBakıda təcrübəçi vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Təcrübə proqramı
Dərc olunub
22 oktyabr 2026
Son müraciət tarixi
21 noyabr 2026

Bakı şəhərində Maliyyə və Bank üzrə vakansiyalar

Vakansiya haqqında

RAHAT Supermarketlər şəbəkəsi Bakıda təcrübəçi axtarır. Təcrübə proqramı. Müraciət birbaşa işəgötürənə göndərilir.

Rahat Supermarketlər şəbəkəsi Təcrübəçi / Kiçik mühasib  vəzifəsi üzrə vakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri

  • İlkin mühasibat sənədlərinin yoxlanılmasında və mühasibat uçotu sisteminə daxil edilməsində iştirak etmək;
  • Alış, satış və qaytarma əməliyyatlarının uçotunun aparılmasına dəstək göstərmək;
  • Mağazalar üzrə kassa və POS-terminal hesabatlarının yoxlanılmasında iştirak etmək;
  • Bank və kassa əməliyyatlarının uçotuna dəstək göstərmək;
  • Təchizatçılarla üzləşdirmələrin aparılmasında iştirak etmək;
  • Ay bağlanışı və dövri hesabatların hazırlanması proseslərinə dəstək göstərmək;
  • Mühasibat sənədlərinin sistemləşdirilməsini və arxivləşdirilməsini təmin etmək;
  • Rəhbər tərəfindən verilən digər mühasibatlıq tapşırıqlarını yerinə yetirmək.

Namizədə dair tələblər

  • Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil almaq və ya müvafiq ixtisas üzrə sonuncu kurs tələbəsi olmaq;
  • Mühasibat uçotunun əsasları üzrə ilkin nəzəri biliklərə malik olmaq;
  • MS Excel proqramında baza səviyyəsində işləmək bacarığı;
  • 1C və ya digər ERP sistemləri üzrə biliklərə üstünlük verilir;
  • ACCA F3 (Financial Accounting) üzrə biliklərə və ya müvafiq imtahanı uğurla vermiş namizədlərə üstünlük verilir;
  • Öyrənməyə həvəsli olmaq, detallara diqqət yetirmək və komanda ilə işləmək bacarığı;
  • İş təcrübəsi tələb olunmur.

İş şərtləri

  • İş yeri: Rahat Supermarketlər şəbəkəsi
  • İş qrafiki: 5 günlük iş həftəsi
  • Əmək haqqı: Namizədin bilik və bacarıqları nəzərə alınmaqla, müsahibə əsasında müəyyən ediləcək.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Təcrübəçi / Kiçik mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

RAHAT Supermarketlər şəbəkəsi şirkətinin digər vakansiyaları

RAHAT Supermarketlər şəbəkəsi vakansiyaları