Skip to content
GoJob

Təcrübəçi / Kiçik mühasib

RAHAT Supermarketlər şəbəkəsiIntern job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Internship
Posted
October 22, 2026
Apply before
November 21, 2026

Finance & Banking jobs in Baku

About this job

RAHAT Supermarketlər şəbəkəsi is hiring an intern in Baku. Internship. Apply directly to the employer.

Rahat Supermarketlər şəbəkəsi Təcrübəçi / Kiçik mühasib  vəzifəsi üzrə vakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri

  • İlkin mühasibat sənədlərinin yoxlanılmasında və mühasibat uçotu sisteminə daxil edilməsində iştirak etmək;
  • Alış, satış və qaytarma əməliyyatlarının uçotunun aparılmasına dəstək göstərmək;
  • Mağazalar üzrə kassa və POS-terminal hesabatlarının yoxlanılmasında iştirak etmək;
  • Bank və kassa əməliyyatlarının uçotuna dəstək göstərmək;
  • Təchizatçılarla üzləşdirmələrin aparılmasında iştirak etmək;
  • Ay bağlanışı və dövri hesabatların hazırlanması proseslərinə dəstək göstərmək;
  • Mühasibat sənədlərinin sistemləşdirilməsini və arxivləşdirilməsini təmin etmək;
  • Rəhbər tərəfindən verilən digər mühasibatlıq tapşırıqlarını yerinə yetirmək.

Namizədə dair tələblər

  • Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil almaq və ya müvafiq ixtisas üzrə sonuncu kurs tələbəsi olmaq;
  • Mühasibat uçotunun əsasları üzrə ilkin nəzəri biliklərə malik olmaq;
  • MS Excel proqramında baza səviyyəsində işləmək bacarığı;
  • 1C və ya digər ERP sistemləri üzrə biliklərə üstünlük verilir;
  • ACCA F3 (Financial Accounting) üzrə biliklərə və ya müvafiq imtahanı uğurla vermiş namizədlərə üstünlük verilir;
  • Öyrənməyə həvəsli olmaq, detallara diqqət yetirmək və komanda ilə işləmək bacarığı;
  • İş təcrübəsi tələb olunmur.

İş şərtləri

  • İş yeri: Rahat Supermarketlər şəbəkəsi
  • İş qrafiki: 5 günlük iş həftəsi
  • Əmək haqqı: Namizədin bilik və bacarıqları nəzərə alınmaqla, müsahibə əsasında müəyyən ediləcək.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Təcrübəçi / Kiçik mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

More jobs at RAHAT Supermarketlər şəbəkəsi

Jobs at RAHAT Supermarketlər şəbəkəsi