Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Təhlükəsizlik sistemləri üzrə mütəxəssis

Parkzone MMCBakıda təhlükəsizlik sistemləri üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
18 noyabr 2026
Baxış
641
Müraciət
48
Son müraciət tarixi
18 dekabr 2026

Bakı şəhərində Mühəndislik və Texniki işlər üzrə iş elanları

Vakansiya haqqında

Parkzone MMC Bakıda «Təhlükəsizlik sistemləri üzrə mütəxəssis» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Parkzone komandası parkinq və təhlükəsizlik sistemləri avadanlıqlarının quraşdırılması, sazlanması və texniki dəstəyi sahəsində çalışacaq, məsuliyyətli, operativ və inkişaf etməyə həvəsli mütəxəssis axtarır.

Vəzifə öhdəlikləri

  • Layihələr üzrə kompüter şəbəkəsi və elektrik xətlərinin kabelləşmə işlərini həyata keçirmək;
  • Video-müşahidə sistemlərinin və parkinq sisteminə aid avadanlıqların quraşdırılması, sazlanması və texniki xidmətini təmin etmək;
  • Şlaqbaum, turniket, barmaq izi və kartlı girişə nəzarət sistemlərinin quraşdırılmasını və texniki dəstəyini həyata keçirmək;
  • Mövcud texniki avadanlıqların profilaktik baxışını və təmir işlərini yerinə yetirmək;
  • Texniki nasazlıqları operativ şəkildə müəyyən etmək və aradan qaldırmaq;
  • Layihə və texniki sxemlərə uyğun olaraq quraşdırma işlərini icra etmək.

Namizədə dair tələblər

  • Layihə və texniki sxemlərlə işləmək bacarığı;
  • Ümumi elektrik və kompüter şəbəkələri üzrə baza bilikləri;
  • Təhlükəsizlik sistemlərinin quraşdırılması və texniki xidməti sahəsində minimum 1 il iş təcrübəsi;
  • Yeni texnologiyaları öyrənmək və tətbiq etmək bacarığı;
  • Məsuliyyətli, intizamlı və operativ olmaq;
  • Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.

Vakansiya ilə maraqlanan və tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Təhlükəsizlik sistemləri üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar