Təlim proqramı
EFONE ERP MMCBakıda təlim proqramı vakansiyası
Maaş: 100 ₼-dən / ay
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 30 oktyabr 2026
- Son müraciət tarixi
- 29 noyabr 2026
- Kateqoriya
- Maliyyə və Bank
Vakansiya haqqında
EFONE ERP MMC Bakıda «Təlim proqramı» vəzifəsinə işçi axtarır. Tam ştat, maaş 100 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.
Mühasibatlığı Sıfırdan Öyrən! 3 Ayda Excel, Mühasibatlıq və Vergi Biliklərini Birləşdir!
EF ONE — Praktikaya əsaslanan onlayn təlim proqramı
Mühasibatlıq sahəsində işləmək istəyirsən, amma nəzəri biliklərin real iş prosesində necə tətbiq olunduğunu bilmirsən? Bəyannamələrin doldurulması, ilkin sənədlərin hazırlanması və vergi hesablamaları sənə çətin gəlir?
EF ONE ilə öyrən, hesabla və praktikada tətbiq et!
3 aylıq onlayn təlim proqramımız mühasibatlığa sıfırdan başlamaq və real iş proseslərini öyrənmək istəyənlər üçün nəzərdə tutulub.
Təlim Proqramına Nələr Daxildir?
Excel — mühasibin əsas iş aləti
- SUMIFS, IF, XLOOKUP və digər vacib funksiyalar;
- Pivot Table vasitəsilə məlumatların təhlili;
- Gəlir, xərc və mənfəət hesablamaları;
- Mühasibat və maliyyə hesabatlarının hazırlanması.
Mühasibatlıq — nəzəriyyədən praktikaya
- Hesablar planı, debet və kredit;
- Mühasibat yazılışları və müxabirləşmələr;
- Alış, satış, bank və kassa əməliyyatları;
- Elektron qaimə-fakturalar və ilkin uçot sənədləri;
- Əməkhaqqı hesablanması;
- Əsas vəsaitlər və amortizasiya;
- Debitor və kreditor borclarının uçotu;
- Balans və mənfəət-zərər hesabatının hazırlanması.
Vergi uçotu və bəyannamələrin doldurulması
- ƏDV, mənfəət vergisi və sadələşdirilmiş vergi;
- Muzdlu işlə əlaqədar gəlir vergisi və məcburi ödənişlər;
- Vergi öhdəliklərinin hesablanması;
- Vergi bəyannamələrinin hazırlanması və doldurulması;
- Vergi hesabatlarında göstəricilərin hesablanması və uzlaşdırılması;
- Elektron vergi sistemində hesabatların təqdim edilməsi qaydaları.
Bütün sənədlərin əyani nümayişi və praktiki izahı
Təlim zamanı yalnız nəzəri məlumatlarla kifayətlənməyəcəksən. Mühasibatlıq və vergi uçotunda istifadə olunan sənədlər əyani şəkildə göstəriləcək və onların hazırlanması, doldurulması və uçotda əks etdirilməsi addım-addım izah olunacaq.
- Elektron qaimə-fakturaların işlənməsi;
- Alış və satış sənədlərinin uçotu;
- Bank çıxarışları və ödəniş tapşırıqları ilə iş;
- Kassa sənədlərinin hazırlanması;
- Əməkhaqqı hesablamaları və əlaqəli sənədlər;
- Əsas vəsaitlərin uçotu və amortizasiya hesablamaları;
- Vergi bəyannamələrinin doldurulmasının əyani nümayişi;
- Mühasibat yazılışlarının və maliyyə hesabatlarının hazırlanması;
- Elektron vergi kabinetində müvafiq əməliyyatların yerinə yetirilməsi qaydaları.
Məqsədimiz sənə sadəcə məlumat vermək deyil, sənədlərin necə hazırlandığını, hesablamaların necə aparıldığını və əməliyyatların mühasibat uçotunda necə əks etdirildiyini başa düşməyinə kömək etməkdir.
Kimlər Üçün Nəzərdə Tutulub?
- Mühasibatlığa sıfırdan başlamaq istəyənlər;
- İqtisadiyyat və maliyyə ixtisasları üzrə tələbələr və məzunlar;
- Mühasib köməkçisi vəzifəsinə hazırlaşanlar;
- Vergi və mühasibatlıq üzrə praktiki biliklərini artırmaq istəyənlər;
- Yeni peşə öyrənmək və karyerasını inkişaf etdirmək istəyənlər.
Niyə EF ONE?
- Excel + Mühasibatlıq + Vergi — vahid proqramda;
- Sənədlərin əyani nümayişi və addım-addım izahı;
- Bəyannamələrin doldurulması üzrə praktiki nümunələr;
- Real iş proseslərinə uyğun tapşırıqlar;
- Onlayn təlim formatı;
- Nəzəri biliklərin praktiki nümunələrlə möhkəmləndirilməsi.
Təlim haqqında
- Müddət: 3 ay
- Format: Onlayn (həftədə 2 dəfə)
- Başlama tarixi: 30.11.2026
- Təlim haqqı: 100 AZN
Gələcək Karyeran Üçün İlk Addımını At!
Mühasibatlığı öyrənmək, sənədlərlə işləməyi başa düşmək, bəyannamələrin doldurulmasını mənimsəmək və Excel bacarıqlarını inkişaf etdirmək istəyirsənsə, EF ONE təliminə qoşul!
Qeydiyyat linki:
Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə saxla.
- + 994 55 977 78 29 (WP)
- + 994 55 220 74 24 (zəng)
EF ONE— Simplifying Complexity.