Data Analytics Təlimçisi
FutureUp AcademyBakıda təlimçi vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
Vakansiya haqqında
FutureUp Academy Bakıda təlimçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
IT Akademiyası gələcəyin Data Analyst mütəxəssislərinə təlim keçmək üçün Data Analytics sahəsində təcrübəli praktiki mütəxəssis axtarır.
Namizədə tələblər:
- Data Analytics sahəsində minimum 5 il iş təcrübəsi
- Müasir data analitika alətləri və texnologiyaları ilə praktiki iş təcrübəsi
- Real analitik tapşırıqlar və case-lərlə işləmə bacarığı
- Tədris, mentorluq və ya tələbələrlə işləmə təcrübəsi üstünlükdür
- Mürəkkəb mövzuları sadə, strukturlaşdırılmış və anlaşılan şəkildə izah etmək bacarığı
- Məsuliyyətli və praktiki yönümlü tədris yanaşması
- Rus və/və ya Azərbaycan dilində tədris edə bilmək
Dil tələbi:
- Tələbələr üçün rus və Azərbaycan sektorları fəaliyyət göstərəcək. Buna görə müvafiq dildə peşəkar şəkildə tədris edə bilən mütəxəssislərə üstünlük verilir.
Əməkdaşlıq şərtləri:
- Həftədə 2 dəfə, saat 19:00–21:00
- Kursun müddəti — 6 ay
- Rus və Azərbaycan sektorları
- Əsas işlə paralel işləmək mümkündür
- Əmək haqqı — fərdi qaydada müzakirə olunur
Əgər siz praktiki təcrübəyə malik Data Analyst mütəxəssissinizsə və öz bilik və təcrübənizi gələcəyin data analitikləri ilə bölüşmək istəyirsinizsə — sizinlə tanış olmaq və əməkdaşlıq imkanlarını müzakirə etməkdən məmnun olarıq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.