Əsas məzmuna keç
GoJob

Red Team / Offensive Security Təlimçisi

FutureUp AcademyBakıda təlimçi vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
24 oktyabr 2026
Son müraciət tarixi
23 noyabr 2026
Kateqoriya
Təhsil

Bakı şəhərində Təhsil üzrə vakansiyalar

Vakansiya haqqında

FutureUp Academy Bakıda təlimçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Red Team / Pentest / Offensive Security sahəsində praktiki təcrübəyə malik, öz bilik və təcrübəsini gələcəyin kibertəhlükəsizlik mütəxəssisləri ilə bölüşmək istəyən praktiki mütəxəssis axtarırıq.

Vacib - tədris rus dilində aparılacaq.

Namizəd rus dilində sərbəst danışmalı və texniki mövzuları tam şəkildə rus dilində tədris edə bilməlidir.

Namizədə tələblər:

  • Red Team, Pentest və ya Offensive Security sahəsində praktiki iş təcrübəsi
  • Müasir offensive security metodologiyaları, yanaşmaları və alətləri üzrə biliklər
  • Rus dilini sərbəst bilmək və texniki fənləri rus dilində peşəkar şəkildə tədris etmək bacarığı
  • Beynəlxalq peşəkar sertifikatların olması üstünlükdür
  • Tədris, mentorluq və ya tələbələrlə işləmə təcrübəsi arzuolunandır
  • Mürəkkəb texniki mövzuları sadə və anlaşılan şəkildə izah etmək bacarığı
  • Praktiki yanaşma və real case-lər üzərindən öyrətmək bacarığı
  • Məsuliyyətli, aktiv və biliklərini bölüşməyə həvəsli olmaq

Əməkdaşlıq şərtləri:

  • Həftədə 2 dəfə, saat 19:00–21:00
  • Bakı / hibrid format mümkündür
  • Tələbələrin səviyyəsi: Beginner → Junior
  • Tədris dili: rus dili

Əgər siz Red Team / Pentest / Offensive Security sahəsində fəaliyyət göstərən praktiki mütəxəssissinizsə, rus dilində sərbəst tədris edə bilirsinizsə və bilik və təcrübənizi gələcəyin kibertəhlükəsizlik mütəxəssislərinə ötürmək istəyirsinizsə — sizinlə tanış olmaq və əməkdaşlıq imkanlarını müzakirə etməkdən məmnun olarıq.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

FutureUp Academy şirkətinin digər vakansiyaları

FutureUp Academy vakansiyaları