Əsas məzmuna keç
GoJob

Tender & Cost Control üzrə mütəxəssis

Avensol MMCBakıda tender cost control üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
27 oktyabr 2026
Son müraciət tarixi
26 noyabr 2026

Bakı şəhərində Maliyyə, Bank və Sığorta üzrə vakansiyalar

Vakansiya haqqında

Avensol MMC Bakıda «Tender Cost Control üzrə mütəxəssis» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Avensol MMC - tender proseslərini idarə edə bilən, layihə xərclərinə nəzarət və kommersiya təkliflərinin hazırlanması sahəsində təcrübəli peşəkar namizəd axtarır.

Əsas vəzifə öhdəlikləri:

  • Tender sənədlərinin təhlili və tender təkliflərinin (Tender Proposals) hazırlanması;
  • Layihələr üzrə xərc hesablamalarının, büdcələrin və kommersiya təkliflərinin hazırlanmasında iştirak;
  • Layihə xərclərinin monitorinqi, büdcə ilə faktiki xərclərin müqayisəsi və kənarlaşmaların təhlili;
  • BOQ, qiymət cədvəlləri və digər kommersiya sənədlərinin hazırlanması və yoxlanılması;
  • Tender tələblərinin, texniki sənədlərin və qiymət təkliflərinin əlaqələndirilməsi;
  • Tender və layihə xərcləri üzrə hesabatların hazırlanması.

Namizədə dair tələblər:

  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • Tenderlərin hazırlanması, layihə xərclərinə nəzarət və kommersiya hesablamaları üzrə praktiki biliklər;
  • Analitik düşünmə, detallara diqqət və güclü hesablama bacarığı;
  • MS Excel və hesabatlarla işləmək bacarığı;
  • İngilis dili biliyi üstünlükdür.

İş şəraiti:

  • İş yeri: Bayıl Plaza, Bakı
  • İş qrafiki: Həftə içi 5 gün
  • Əmək haqqı: Namizədin bilik və təcrübəsinə əsasən müəyyən ediləcək.

Uyğun namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərkən mövzu (Subject) hissəsində “Tender & Cost Control üzrə mütəxəssis” qeyd etmələri və e-poçtun mətnində əmək haqqı gözləntilərini bildirmələri xahiş olunur.

Oxşar vakansiyalar