Əsas məzmuna keç
GoJob

Tender üzrə baş mütəxəssis

Ultra TechnologiesBakıda tender üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
20 oktyabr 2026
Son müraciət tarixi
19 noyabr 2026

Bakı şəhərində Logistika, Anbar və Təchizat üzrə vakansiyalar

Vakansiya haqqında

Ultra Technologies Bakıda tender üzrə mütəxəssis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Əsas vəzifə öhdəlikləri:

  • Dövlət və özəl qurumlar tərəfindən elan olunan tenderlərin müntəzəm monitorinqinin aparılması
  • Müvafiq tenderlərin seçilməsi və şərtlərinin təhlili.
  • Tender sənədlərinin tender şərtlərinə tam uyğun hazırlanması (kommersiya təklifi, texniki təklif, bank zəmanəti,və s.)
  • Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
  • Tender prosesi zamanı yazışmaların aparılması və suallara cavabların hazırlanması.
  • Tenderin nəticələrinin izlənməsi və nəticəyə əsasən hesabatların hazırlanması.
  • Daxil olan elektron məktubların (e-maillərin) nəzərdən keçirilməsi və cavablandırılması
  • CRM sistemində işləmək və məlumatların düzgün şəkildə daxil edilməsi
  • Tender prosesi üzrə hesabatların hazırlanması.
  • İş prosesində son tarixlərə (deadline) ciddi riayət edilməsi və nəzarətdə saxlamaq

Tələblər:

  • Dövlət satınalmaları qanunvericiliyi üzrə ümumi biliklər;
  • Müvafiq sahədə 5 il iş təcrübəsi
  • Satınalma proseslərini və ümumi prinsipləri anlamaq;
  • Etender.gov.az və digər dövlət portallarında işləmə bacarığı.
  • Sənədlərlə işləmək bacarığı, yüksək diqqət və dəqiqlik.
  • MS Office proqramları ilə sərbəst işləmə bacarığı (xüsusilə Word və Excel).
  • Analitik düşüncə, vaxtın idarə olunması,komandada işləmək bacarığı 
  • Yüksək ünsiyyət,təqdimat bacarığı və məsuliyyətli yanaşma.
  • Dil bilikləri: Azərbaycan (əla), İngilis və  Rus dilləri (arzuolunandır) ;

İş şəraiti:

  • Həftəlik tam iş qrafiki – 09:00-18:00
  • İş yeri: Səməd Vurğun küçəsi 79B,Ultra Technologies.

Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Tender üzrə baş mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Ultra Technologies şirkətinin digər vakansiyaları

Ultra Technologies vakansiyaları