Qazma qurğularında elektronika üzrə texnik
Bakıda texnik vakansiyasıModern Engineering Bureau of Azerbaijan
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı, Xətai
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 4 sentyabr 2026
- Son müraciət tarixi
- 25 oktyabr 2026
- Kateqoriya
- Mühəndislik
Vakansiya haqqında
Modern Engineering Bureau of Azerbaijan Bakının Xətai rayonunda texnik axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Vəzifə öhdəlikləri
- Müəssisə tərəfindən həyata keçirilən əməliyyatlar zamanı təhkim olunduğu əsas iş sahəsində, o cümlədən müəssisənin fəaliyyət göstərdiyi bütün sahələrdə əmək funksiyalarını təhlükəsiz və keyfiyyətli şəkildə icra etmək;
- Sensorların, transmitterlərin, ölçü cihazlarının və digər elektron cihazların quraşdırılmasını, sazlanmasını, kalibrlənməsini və texniki xidmətini həyata keçirmək;
- Sənaye avtomatlaşdırma və idarəetmə sistemlərinin, və digər elektron idarəetmə sistemlərinin işinə nəzarət etmək və nasazlıqların aradan qaldırılmasında iştirak etmək;
- Elektron avadanlıqlar arasında siqnal və kommunikasiya kabellərinin çəkilməsini, qoşulmasını, markalanmasını və texniki vəziyyətinin yoxlanılmasını təmin etmək;
- Elektron və idarəetmə sistemlərində siqnalların, giriş-çıxışların (I/O), rabitə xətlərinin və enerji təchizatının yoxlanılmasını həyata keçirmək;
- Avadanlıqların texniki xidmət və təmiri zamanı tələb olunan ölçmə cihazlarının, xüsusi alətlərin, ehtiyat hissələrinin və istehlak materiallarının mövcudluğunu təmin etmək və onların düzgün istifadəsinə nəzarət etmək;
- Elektron avadanlıqların və sistemlərin texniki sənədlərini, elektrik və elektron sxemlərini, kabel cədvəllərini, avadanlıq pasportlarını və digər texniki sənədləri oxumaq və onlardan istifadə etmək;
- Aparılmış texniki xidmət, təmir, sınaq və nasazlıqlar barədə müvafiq texniki hesabatları və iş qeydlərini hazırlamaq və təqdim etmək;
- Elektron avadanlıqlar üzərində profilaktik texniki xidmət və planlı baxış işlərini həyata keçirmək, aşkar edilmiş nasazlıqlar barədə dərhal rəhbərliyə məlumat vermək;
- Elektron avadanlıqlar üzərində işə başlamazdan əvvəl müvafiq enerji təcridetmə (LOTO), iş icazəsi (Permit to Work) və digər təhlükəsizlik prosedurlarının tətbiq edilməsini təmin etmək;
- Partlayış təhlükəli zonalarda (Ex Zone) işləyərkən müvafiq partlayışdan mühafizə tələblərinə və təsdiq edilmiş prosedurlara riayət etmək;
- Rəhbər tərəfindən tapşırılan digər işləri vəzifə təlimatına, daxili prosedurlara və qüvvədə olan təhlükəsizlik tələblərinə uyğun yerinə yetirmək.İşə başlamazdan əvvəl iş yerini, alətləri, avadanlıqları və fərdi mühafizə vasitələrini yoxlamaq;
- Təmir və texniki xidmət işlərini təhlükəsizlik qaydalarına uyğun yerinə yetirmək;
- İş başa çatdıqdan sonra iş sahəsini təmizləmək, alət və avadanlıqları müəyyən edilmiş qaydada yerləşdirmək;
Namizədə tələblər
- Orta və ya peşə təhsili (mexanika və ya müvafiq texniki ixtisas üstünlükdür);
- Müvafiq sahədə və oxşar vəzifədə minimum 3 il iş təcrübəsi;
- Qazma qurğuları və mexaniki avadanlıqların texniki xidməti və təmiri üzrə praktiki biliklər;
- Mexaniki alətlərdən və ölçü cihazlarından istifadə bacarığı;
- SƏTƏM standartları və təhlükəsizlik qaydaları üzrə biliklər;
- Komandada işləmək, məsuliyyətli və intizamlı olmaq;
- Fiziki iş şəraitində və növbəli iş rejimində işləmək imkanı.
Qeyd - Yalnız qazma qurğuları üzrə təcrübəsi olanlar müraciət etsin
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Modern Engineering Bureau of Azerbaijan şirkətinin digər vakansiyaları
Bakıda takelajçı vakansiyasıModern Engineering Bureau of Azerbaijan, Bakı, Xətai
Bakıda qaynaqçı vakansiyasıModern Engineering Bureau of Azerbaijan, Bakı, Xətai
Bakıda anbardar vakansiyasıModern Engineering Bureau of Azerbaijan, Bakı, Xətai
Bakıda elektrik vakansiyasıModern Engineering Bureau of Azerbaijan, Bakı, Xətai