Texniki ofis mühəndisi
Hermes - SBakıda texniki ofis mühəndisi vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 19 oktyabr 2026
- Son müraciət tarixi
- 18 noyabr 2026
- Kateqoriya
- Mühəndislik
Vakansiya haqqında
Hermes - S Bakıda texniki ofis mühəndisi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
“Hermes-S” MMC peşəkar komandamıza qoşulmaq üçün Texniki ofis mühəndisi vəzifəsinə işçi axtarır.
Vəzifə öhdəlikləri:
- Tikinti layihələri, çertyojlar və texniki sənədlərlə işləmək;
- Görülmüş işlərin həcmlərini hesablamaq, ölçü cədvəlləri və icra sənədlərini hazırlamaq;
- Smeta sənədlərini hazırlamaq, yoxlamaq və faktiki görülmüş iş həcmləri ilə müqayisə etmək;
- Materialların silinməsi və istifadəsi üzrə sənədləri hazırlamaq, material sərfiyyatına nəzarət etmək;
- Anbara daxil olan və anbardan çıxan materialların uçotunu, qalıqlarını və hərəkətini izləmək;
- Material sərfiyyatının layihə və smeta göstəricilərinə uyğunluğunu yoxlamaq;
- Görülmüş işlər üzrə aktları, hesabatları və digər texniki sənədləri hazırlamaq;
- Tikinti sahəsinin mühəndis-texniki heyəti, anbar və mühasibatlıq şöbəsi ilə koordinasiyalı işləmək.
Namizədə tələblər:
- Tikinti mühəndisliyi və ya müvafiq texniki sahə üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Smeta, material uçotu, materialların silinməsi və sərfiyyatı üzrə bilik və təcrübə;
- AutoCAD, MS Excel və MS Office proqramlarında işləmək bacarığı;
- Tikinti layihələri, iş həcmləri və texniki sənədlərlə işləmək bacarığı;
- Diqqətlilik, analitik düşüncə və məsuliyyətlilik.
İş şəraiti:
- İş yeri: Ağdam şəhəri
- İş qrafiki: Həftənin 5 günü, saat 09:00–18:00
- Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
- Əmək münasibətləri rəsmi əmək müqaviləsi əsasında tənzimlənir.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini “Texniki ofis mühəndisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına başlığı ilə göndərə bilərlər.