Əsas məzmuna keç
GoJob

Texniki ofis mühəndisi

KensingtonBakıda texniki ofis mühəndisi vakansiyası

Maaş: 2.000 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
22 oktyabr 2026
Son müraciət tarixi
21 noyabr 2026
Kateqoriya
Mühəndislik

Bakı şəhərində Mühəndislik üzrə vakansiyalar

Vakansiya haqqında

Kensington Bakıda texniki ofis mühəndisi axtarır. Tam ştat, maaş 2 000 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə öhdəlikləri:

  • Tikinti layihələri üzrə iş qrafiklərinin hazırlanması və yenilənməsi;
  • Layihələrin icra müddətlərinin planlaşdırılması və izlənilməsi;
  • Faktiki görülən işlərin planlaşdırılmış qrafiklə müqayisə edilməsi;
  • Tikinti işlərinin gedişatı ilə bağlı hesabatların hazırlanması;
  • Görülmüş işlərin həcmlərinin təhlili və müvafiq sənədləşmənin aparılması;
  • Layihə üzrə texniki sənədlərin, cədvəllərin və hesabatların hazırlanması;
  • Tikinti sahəsi və texniki ofis arasında koordinasiyanın təmin edilməsi;
  • Layihənin vaxtında və müəyyən edilmiş qrafikə uyğun icrasına nəzarətdə iştirak.

Namizədə tələblər:

  • Tikinti sahəsində müvafiq təhsil və ya iş təcrübəsinin olması arzuolunandır
  • AutoCAD,  Primavera, MS Excel və MS Office proqramları ilə işləmək bacarığı
  • Tikinti layihələrinin planlaşdırılması və iş qrafiklərinin hazırlanması bacarığı;
  • Analitik düşünmə, hesabat hazırlama və məlumatlarla işləmə bacarığı;
  • Texniki sənədlərlə işləmək və məlumatları sistemləşdirmək bacarığı;
  • Məsuliyyətli, diqqətli və operativ olmaq;
  • Komandada işləmək və digər şöbələrlə koordinasiya qurmaq bacarığı.

İş şəraiti:

  • İş qrafiki:  5 günlük iş həftəsi, 09:00-18:00
  • Əmək haqqı: 2000 – 2500 manat

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini və  portfolio nümunələrini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar