Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Texniki Servis Mütəxəssisi (Roboclean Üzrə)

Aura Məişət Texnikası MMCBakıda texniki servis mütəxəssisi vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
17 noyabr 2026
Baxış
683
Müraciət
39
Son müraciət tarixi
17 dekabr 2026

Bakı şəhərində Mühəndislik və Texniki işlər üzrə iş elanları

Vakansiya haqqında

Aura Məişət Texnikası MMC Bakının Nərimanov rayonunda «Texniki Servis Mütəxəssisi» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Almaniyanın köklü markalarından biri olan "Aura GmbH"-ın Azərbaycandakı rəsmi distribütoru “Aura Məişət Texnikası MMC” böyüyən komandasına Texniki Servis Mütəxəssisi axtarır. Texniki sahəyə marağı olan və bu istiqamətdə sıfırdan peşəkar karyera qurmaq istəyən namizədlər üçün ideal fürsətdir.

İş Şəraiti və Təkliflərimiz:

  • İş qrafiki: Həftədə 6 iş günü (09:30 – 18:30), 1 gün istirahət.
  • Ofisdaxili iş mühiti: Bütün diaqnostika və təmir prosesləri yalnız şirkətin müasir servis mərkəzində icra olunur.
  • Sıfırdan ödənişsiz təlim: Təcrübəsiz namizədlər peşəkar ustalar tərəfindən iş prosesində tam öyrədilir.
  • Limitsiz qazanc imkanı: Minimum sabit qazanc həddi ilə yanaşı, görülən iş həcminə və performansa əsaslanan bonus sistemi tətbiq edilir.
  • Tam sosial təminat: Rəsmi əmək müqaviləsi bağlanılır və nahar şirkət tərəfindən qarşılanır.
  • Karyera yüksəlişi: Özünü doğruldan əməkdaşlar üçün baş texnik və rəhbər vəzifələrə yüksəlmək imkanı yaradılır.

Vəzifə Öhdəlikləri:

  • Servis mərkəzinə daxil olan müasir Roboclean təmizlik cihazlarının texniki diaqnostikasını aparmaq.
  • Nasaz və problemli detalları təmir edərək cihazları tam işlək vəziyyətə gətirmək.
  • Şirkətin xidmət standartlarına uyğun olaraq yüksək müştəri məmnuniyyətini təmin etmək və yaranan texniki sualları operativ həll etmək.
  • Günün sonunda görülən işlər barədə rəhbərliyə müvafiq hesabat təqdim etmək.

Namizədə Tələblər:

  • Yaş həddi: 23 – 41 yaş.
  • Texniki baza: Elektrik və ya mexaniki avadanlıqlar haqqında ilkin anlayışın olması arzuolunandır (detallarla işləməyi sevən namizədlərə üstünlük verilir).
  • İnkişaf meyillilik: Yeni texnologiyaları sürətlə qavramaq və öyrənməyə açıq olmaq.
  • Şəxsi keyfiyyətlər: Məsuliyyətli, dəqiq, nizam-intizamlı, gülərüz və ünsiyyətcil olmaq.

İş Yeri: Bakı şəhəri.

Vakansiya ilə maraqlanan namizədlərdən mövzu hissəsində “Texniki Servis Mütəxəssisi” qeyd edərək CV-lərini PDF formatında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanımıza göndərmələri xahiş olunur.

Aura Məişət Texnikası MMC şirkətinin digər vakansiyaları

Aura Məişət Texnikası MMC vakansiyaları