Tibbi nümayəndə - ophthalmology
Rich PharmaBakıda tibbi nümayəndə vakansiyası
Maaş: 400 ₼-dən / ay
Vakansiya haqqında
Rich Pharma Bakıda tibbi nümayəndə axtarır. Tam ştat, maaş 400 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.
İş şəraiti
- İş yeri: Masallı, Lənkəran şəhəri, Cəlilabad, Biləsuvar şəhərləri
- İş saatı 09:00 – 18:00
- Əmək haqqı 400 Azn + nəticələrə əsasən bonus və mükafatlar
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun elektron sənədləşmə aparılır;
- Stabil əmək haqqı və nəticələrə əsasən bonus və mükafatlar;
- Maaş namizədin təcrübəsinə və performansına uyğun təyin olunur;
- İldə bir dəfə iş stajına uyğun olaraq şirkət hesabına məzuniyyət verilir;
Vəzifə öhdəlikləri
- Gündəlik tibbi müəssisələrin və digər potensial müştərilərin ziyarəti, yeni müştərilərin cəlb edilməsi;
- Məhsulların tanıdılması, təqdim edilməsi, tələbat yaradılması və satışının təşkili;
- Bazarın araşdırılması, məhsul və müştəri ilə bağlı satış məlumatlarının analizi;
- Korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması və möhkəmləndirilməsi;
- Satış strategiyasına uyğun olaraq müştəri bazasının formalaşdırılması;
- Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması.
Tələblər
- Ali və ya orta tibb təhsili;
- Səlis və aydın nitq, sistemli təqdimat bacarığı;
- Rəsmi və səliqəli geyim tərzi;
- Dürüstlük, məsuliyyətlilik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
- Dinamik iş rejiminə və kollektivdə işləməyə uyğunluq;
- Təcrübə 1-3 il;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.