Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Tiktoker/Sosial media həvəskarı

Rifah QrupBakıda tiktoker vakansiyası

Maaş: 600 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
16 noyabr 2026
Baxış
717
Müraciət
57
Son müraciət tarixi
16 dekabr 2026

Bakı şəhərində Marketinq və PR üzrə iş elanları

Vakansiya haqqında

Rifah Qrup Bakıda «Tiktoker» vəzifəsinə işçi axtarır. Tam ştat, maaş 600 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Mebel və elektronika sahəsində keyfiyyətli məhsulları və fərqli xidməti ilə seçilən mağazalar şəbəkəmiz üçün sosial media hesablarımızı (Instagram, Facebook, TikTok) canlandıracaq, yaradıcı ideyaları ilə brendimizi trendə çevirəcək dinamik və həvəsli "SMM Menecer" axtarırıq!

Əsas Öhdəliklər:

  • Mebel və elektronika məhsullarının satış hədəflərinə uyğun, auditoriyanı hərəkətə keçirən aylıq kontent və kommunikasiya strategiyasının qurulması;
  • Mağaza daxilində məhsulların preminum və cəlbedici görünməsi üçün mobil çəkilişlərin (Reels, TikTok, Shorts) kadr, işıq və konsepsiya baxımından mükəmməl şəkildə təşkil edilməsi;
  • Çəkilən materialların müasir montaj dinamikasına (CapCut, Premiere və s.) və trendlərə uyğun, sıxıcı olmayan formatda işlənməsinə nəzarət etməsi;
  • Sosial media postları üçün "satın alma istəyi" oyadan, qrammatik cəhətdən qüsursuz və maraqlı mətnlərin (copywriting) yazılması;
  • Səhifələrin organik böyümə dinamikasını, əhatə dairəsini və interaksiyaları analiz edərək, strategiyanı dataya əsasən davamlı inkişaf etdirmək;
  • Kampaniyaların və xüsusi günlərin təqdimatı üçün dizayner və rəqəmsal reklam (Performance) mütəxəssisi ilə koordinasiyalı çalışmaq.

Namizədə aid tələblər:

  • SMM sahəsində minimum 2-3 il iş təcrübəsi (Premium retail, mebel, interyer və ya elektronika sahəsində keysləri olanlara üstünlük verilir);
  • Yüksək vizual zövq və estetik baxış açısı (Kadrı, rəngi, işığı və kompozisiyanı hiss edən);
  • Sosial media alqoritmlərini (Instagram, TikTok) dərindən bilən və trend dəyişikliklərinə dərhal adaptasiya olan;
  • Azərbaycan dilində mükəmməl, zəngin və hədəf kütləsinə xitab edən yazı qabiliyyəti;
  • Vaxtın idarə edilməsi bacarığı, məsuliyyətlilik və detallara qarşı həssaslıq;
  • Təzyiq altında işləmək yox, işini sevərək yaradıcı həllər istehsal etmək vizyonu.

Biz nə təklif edirik? (İş Şəraiti):

  • İş qrafiki: Həftədə 6 gün (İşin gedişatına və çəkiliş planına uyğun olaraq çevik qrafik imkanı);
  • Əmək haqqı: 600 AZN + Səhifənin böyüməsi və satış KPI-larına əsaslanan performans bonusları (Məbləğ namizədin peşəkarlığına əsasən müsahibədə təyin olunacaq);
  • Fikir və ideyalarınıza dəyər verilən, bürokratiyadan uzaq, dinamik və yaradıcı iş mühiti;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə;
  • Ünvan: Bakı, Yasamal r/n, İnşaatçılar m/s, Üç tac binası

CV-lər Azərbaycan dilində olmasını xahiş edirik.

Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.

Oxşar vakansiyalar

Müraciət et