Tikinti meneceri (Zəngilan)
Modern Engineering Bureau of AzerbaijanBakıda sahə rəisi vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı, Xətai
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 3 noyabr 2026
- Son müraciət tarixi
- 3 dekabr 2026
- Kateqoriya
- Tikinti və Daşınmaz Əmlak
Vakansiya haqqında
Modern Engineering Bureau of Azerbaijan Bakının Xətai rayonunda sahə rəisi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Vəzifə öhdəlikləri
- Tikinti layihələrinin planlaşdırılması, təşkili və icrasına ümumi rəhbərliyi həyata keçirmək;
- İnfrastruktur və kənd təsərrüfatı suvarma sistemləri (su kanalları, boru kəmərləri, hidrotexniki qurğular və s.) üzrə tikinti işlərini idarə etmək;
- Tikinti-quraşdırma işlərinin layihə sənədlərinə, texniki şərtlərə və qüvvədə olan normativ tələblərə uyğun icrasını təmin etmək;
- Layihələrin təsdiq edilmiş iş qrafikinə, büdcəsinə və keyfiyyət standartlarına uyğun həyata keçirilməsinə nəzarət etmək;
- Podratçı və subpodratçı təşkilatların fəaliyyətini koordinasiya etmək, görülən işlərin həcmini və keyfiyyətini yoxlamaq;
- Tikinti sahələrində işçi qüvvəsi, texnika, avadanlıq və material resurslarının səmərəli istifadəsini təşkil etmək;
- Tikinti sənədlərinin, icra aktlarının, Forma №2 və digər texniki hesabatların hazırlanmasına və yoxlanılmasına nəzarət etmək;
- Layihə üzrə yaranan texniki və təşkilati problemlərin operativ həllini təmin etmək;
- Tikinti sahələrində əməyin mühafizəsi, texniki və sənaye təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək;
- Layihələrin icra vəziyyəti və görülmüş işlər barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.
Namizədə tələblər
- İnşaat mühəndisliyi, hidrotexnika və ya müvafiq sahə üzrə ali təhsil;
- Tikinti sahəsində minimum 10 il idarəetmə təcrübəsi;
- İnfrastruktur, hidrotexniki qurğular və kənd təsərrüfatı suvarma sistemlərinin tikintisi üzrə praktiki iş təcrübəsi;
- Su kanalları, suvarma şəbəkələri, boru kəmərləri və digər mühəndis-kommunikasiya sistemlərinin tikintisi üzrə biliklər;
- Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi, dövlət tikinti normativləri (AzDTN), texniki şərtlər və standartlar üzrə biliklər;
- Tikinti sənədləşməsi, icra sənədləri, aktlar və Forma №2 sənədlərinin hazırlanması və yoxlanılması üzrə təcrübə;
- Tikinti layihələrinin planlaşdırılması, iş qrafiklərinin hazırlanması, büdcə və resursların idarə edilməsi bacarığı;
- AutoCAD, MS Office (xüsusilə Excel) və MS Project proqramlarında işləmək bacarığı;
- Podratçı və subpodratçıların işinin idarə edilməsi, komandaya rəhbərlik və koordinasiya bacarıqları;
- Analitik düşünmə, operativ qərarvermə və yüksək təşkilatçılıq qabiliyyəti;
- B kateqoriyalı sürücülük vəsiqəsi və regionlara, tikinti sahələrinə ezamiyyətlərə hazır olma
İş yeri: Zəngilan şəhəri
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Modern Engineering Bureau of Azerbaijan şirkətinin digər vakansiyaları
Bakıda sahə rəisi vakansiyasıModern Engineering Bureau of Azerbaijan, Bakı, Xətai
Bakıda sənədlərə nəzarət üzrə mütəxəssis vakansiyasıModern Engineering Bureau of Azerbaijan, Bakı, Xətai
Bakıda takelajçı vakansiyasıModern Engineering Bureau of Azerbaijan, Bakı, Xətai
Bakıda qaynaqçı vakansiyasıModern Engineering Bureau of Azerbaijan, Bakı, Xətai