HDPE qaynaq ustası və boruçu
En Pro Sol MMCBakıda usta vakansiyası
Maaş: 1.600 ₼-dən / ay
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 20 noyabr 2026
- Baxış
- 672
- Müraciət
- 35
- Son müraciət tarixi
- 20 dekabr 2026
- Kateqoriya
- Fəhlə və Usta işləri
Vakansiya haqqında
En Pro Sol MMC Bakıda usta axtarır. Tam ştat, maaş 1 600 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.
İş şəraiti
- İş yeri: Zəngilan şəhəri
- Layihə: Çirkab su təmizləyici qurğuların tikintisi
- Vakansiya sayı: 1 nəfər
- Əməkhaqqı: 1 600 AZN NET
Vəzifə öhdəlikləri
- Müxtəlif diametrli HDPE (polietilen) boruların qaynaq edilməsi.
- Alın-alına (butt fusion) və elektrofuziya (EF) qaynaq üsullarının tətbiqi.
- HDPE boruların kəsilməsi, təmizlənməsi və qaynağa hazırlanması.
- Boru xətlərinin layihə çertyojlarına uyğun quraşdırılması.
- Flansların, fitinqlərin, siyirtmələrin və digər boru elementlərinin montajı.
- Qaynaq parametrlərinə, temperatur və təzyiq rejimlərinə nəzarət.
- Boru xətlərinin sızdırmazlıq və təzyiq sınaqlarına hazırlanması.
- HDPE qaynaq işləri ilə yanaşı, ümumi boru montajı, mexaniki montaj və digər sahə işlərində iştirak.
Namizədə tələblər
- HDPE boru qaynağı üzrə praktiki iş təcrübəsi.
- Alın-alına və elektrofuziya qaynaq aparatları ilə işləmək bacarığı.
- Boru xətlərinin montajı və fitinqlərin quraşdırılması üzrə biliklər.
- Texniki çertyojların və boru sxemlərinin oxunması.
- Qaynaq avadanlıqlarının təhlükəsiz istifadəsi.
- Komanda ilə işləmək və köməkçi işçilərə istiqamət vermək bacarığı.
- Digər tikinti-montaj işlərində iştirak etməyə hazırlıq.
Şirkət tərəfindən təmin edilir
- Rəsmi əmək müqaviləsi.
- Tikinti düşərgəsində yaşayış.
- Gündə 3 dəfə qidalanma.
- İş geyimi və fərdi mühafizə vasitələri.
- Qaynaq aparatları və digər iş avadanlıqları.
İş rejimi: Layihənin təsdiq olunmuş iş qrafikinə uyğun ayda 4 istirahət günü.
Əlaqə +994 10 236 76 57
Namizədlərdən işlədikləri HDPE boru diametrləri, qaynaq üsulları və əvvəlki layihələr barədə məlumat təqdim etmələri xahiş olunur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.