Metal qaynaq ustası
En Pro Sol MMCBakıda usta vakansiyası
Maaş: 1.800 ₼-dən / ay
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 20 noyabr 2026
- Baxış
- 645
- Müraciət
- 45
- Son müraciət tarixi
- 20 dekabr 2026
- Kateqoriya
- Fəhlə və Usta işləri
Vakansiya haqqında
En Pro Sol MMC Bakıda usta axtarır. Tam ştat, maaş 1 800 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.
İş şəraiti
- İş yeri: Zəngilan şəhəri
- Layihə: Çirkab su təmizləyici qurğuların tikintisi
- Vakansiya sayı: 1 nəfər
- Əməkhaqqı: 1 800 AZN NET
Vəzifə öhdəlikləri
- Metal konstruksiyaların, dayaqların, karkasların və digər metal elementlərin hazırlanması və qaynağı.
- Metal boruların və birləşmə elementlərinin qaynaq edilməsi.
- Layihə çertyojlarına uyğun metal konstruksiyaların ölçülməsi, kəsilməsi və yığılması.
- Qaynaq avadanlıqlarının sazlanması və düzgün istifadəsi.
- Qaynaq tikişlərinin keyfiyyətinin yoxlanılması və qüsurların aradan qaldırılması.
- Qaynaq işləri ilə yanaşı, metal konstruksiyaların montajında, boru və digər ümumi tikinti-montaj işlərində iştirak.
Namizədə tələblər
- Qaynaq sahəsində minimum 2 il praktiki iş təcrübəsi.
- Elektrik qaynağı (MMA) üzrə bilik və bacarıqlar.
- MIG/MAG və TIG qaynaq üsullarını bilmək üstünlükdür.
- Metal kəsmə, ölçmə və yığma bacarıqları.
- Texniki çertyojları oxumaq bacarığı.
- Qaynaq təhlükəsizliyi qaydalarına riayət etmək.
- Digər sahə işlərində komandaya kömək etməyə hazırlıq.
Şirkət tərəfindən təmin edilir
- Rəsmi əmək müqaviləsi.
- Tikinti düşərgəsində yaşayış.
- Gündə 3 dəfə qidalanma.
- İş geyimi və fərdi mühafizə vasitələri.
- Qaynaq avadanlıqları və iş alətləri.
İş rejimi: Layihənin təsdiq olunmuş iş qrafikinə uyğun ayda 4 istirahət günü.
Əlaqə: +994 10 236 76 57
Namizədlərdən əvvəlki qaynaq təcrübələri və istifadə etdikləri qaynaq üsulları barədə məlumat vermələri xahiş olunur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.