Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Xaricdə Təhsil üzrə Mütəxəssis (Ofis daxili)

Basic AcademyBakıda xaricdə təhsil üzrə mütəxəssis vakansiyası

Maaş: 400 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
20 noyabr 2026
Baxış
621
Müraciət
48
Son müraciət tarixi
20 dekabr 2026
Kateqoriya
Təhsil

Bakı şəhərində Təhsil üzrə iş elanları

Vakansiya haqqında

Basic Academy Bakıda xaricdə təhsil üzrə mütəxəssis axtarır. Tam ştat, maaş 400 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə öhdəlikləri:

  • Xaricdə təhsil almaq istəyən tələbə və valideynlərə ilkin məlumatların verilməsi, düzgün universitet və proqram seçiminə dəstək;
  • Daxil olan zənglərin, sosial media və WhatsApp müraciətlərinin cavablandırılması və ofisə dəvət olunması;
  • Müraciət edən tələbələrin sənədlərinin qəbulu, yoxlanılması və sistemləşdirilməsi;
  • Xarici universitetlərə müraciət (application) prosesinin izlənilməsi və tələbələrlə mütəmadi əlaqənin saxlanılması;
  • Müqavilələrin hazırlanması və müştəri bazasının (CRM / Excel) gündəlik yenilənməsi;
  • Rəhbərliyə görülən işlər və müraciətlərlə bağlı gündəlik/həftəlik hesabatların təqdim edilməsi.

Namizədə tələblər:

  • Ali və ya natamam ali təhsil;
  • İngilis dili biliyi (ilkin/orta səviyyədə – yazışmaları və sənədləri anlamaq üçün);
  • Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti;
  • MS Office proqramları (xüsusilə Word və Excel) ilə işləmək bacarığı;
  • Yüksək ünsiyyət, inandırma və komanda ilə işləmək bacarığı;
  • Məsuliyyətli, punktual və detallara qarşı diqqətli olmaq.

Qeyd: Xaricdə təhsil və ya satış sahəsində təcrübəsi olanlara üstünlük veriləcək

İş şəraiti və əməkhaqqı:

  • İş qrafiki: Həftə içi 5 gün, saat 10:00 – 17:00 (1 saat nahar fasiləsi daxil);
  • İstirahət günləri: Şənbə və bazar;
  • Əməkhaqqı: 400 AZN (sabit) + hər qeydiyyatdan yüksək bonuslar.

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt vasitəsilə göndərə bilərlər. Mövzu hissəsində "Xaricdə təhsil mütəxəssisi" qeyd olunması xahiş olunur.

Basic Academy şirkətinin digər vakansiyaları

Basic Academy vakansiyaları