Əsas məzmuna keç
GoJob

Xəritə mühəndisi

North WestBakıda xəritə mühəndisi vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
16 oktyabr 2026
Son müraciət tarixi
15 noyabr 2026
Kateqoriya
Mühəndislik

Bakı şəhərində Mühəndislik üzrə vakansiyalar

Vakansiya haqqında

North West Bakıda «Xəritə mühəndisi» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş yeri: Qarabağ

Vəzifə öhdəlikləri:

  • Topogeodeziya işlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə tədbirlər cədvəlini və çöl nəzarət cədvəlini tərtib edir;
  • Geodeziya və Mühəndislik alətlərindən istifadə etməklə layihənin icrası məqsədilə tətbiq ediləcək nöqtələri müəyyən edir;
  • Nivelirdən, teodolit və peyk vasitəsi ilə qlobal yerləşmə sistemlərindən (GPS) istifadə etməklə çəkiliş işləri aparılan sahələrdə mühüm nöqtələrin en və uzunluq dairəsini və sərhədlərini müəyyən edir;
  • Topoqrafik çəkilişləri və ölçmə nəticələrini, o cümlədən, torpaq və ya torpaq sahələrinin formasını, konturlarını, yerini, hündürlüyünü və ölçülərini qeydə alır;

Vəzifə tələbləri:

  • Coğrafiya ,Geodeziya və Kartoqrafiya, Xəritəçilik ixtisasında bakalavr və magistr dərəcəsində ali təhsil
  • Xəritə mühəndisi kimi minimum 5 il iş təcrübəsi;
  • Autocad , Netcad və ya Autodesk 3 d proqramlarda biliklər;
  • Topoqrafik təhfil təslim və yoxlanış sənədləşmələri, geodeziya aktlarının hazırlanmasını bilməli;
  • Tikinti quraşdırma iş və material həcmlərini hesablamağı bacarmalı 
  • ArcGIS ,QGis,Erdas,AutoCAD və s texnologiyalarında işləmək qabiliyyəti
  • CİS sahəsində minimum 3 il iş təcrübəsi
  • Xəritə məlumatlarının strukturunun pozulmaması şərti ilə mılumatların yenilənməsi qabiliyyəti
  • Koordinat sistemləri, proyeksiya, datum, geod və məlumat bazaları haqqında biliklərə malik olmalı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Xəritə mühəndisi (Qarabağ)” qeyd etməyiniz vacibdir.

North West şirkətinin digər vakansiyaları

North West vakansiyaları