Xəzinədar
Premium BankBakıda xəzinədar vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 11 noyabr 2026
- Son müraciət tarixi
- 11 dekabr 2026
- Kateqoriya
- Maliyyə, Bank və Sığorta
Vakansiya haqqında
Premium Bank Bakıda xəzinədar axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
“Premium Bank” ASC “Xəzinədar” vakansiyasını elan edir.
İşin təsviri
- Müştərilərlə mədaxil-məxaric əməliyyatlarının aparılması;
- Valyuta mübadilə əməliyyatlarının aparılması;
- Əməliyyatları icra edərkən real vaxt rejimində Bank proqramında əks etdirilməsi;
- Hazır plastik kartlarin qorunub saxlanması və müştərilərə təqdim edilməsi;
- Pulların sayılması formalaşdırılması və çeşidlənməsi;
- Qiymətli kağızların və digər qiymətlilərin,ştampların, plombların, bank sənədlərinin təhlükəsiz saxlanılması;
- Lazım gəldikdə xəzinə açarının və parolunun saxlanılması;
- Günün əvvəli və sonu xəzinə qalıqlarının uçot uzrə uyğunluğunun yoxlanılması;
- Günün sonu xəzinə kitabının yazılması və digər arayışların hazırlanması;
- Xəzinə limitlərinə nəzarət olunması və inkassasiya işinin təşkili;
- Bank sənədlərinin tamlığının qorunması , vaxtı çatdıqda arxivə təhvil verilməsi.
Namizədə dair tələblər
- Yüksək ünsiyyət bacarığı;
- Komandada işləmək bacarığı və təzyiqə davamlılıq;
- Nağd pul əməliyyatları və xəzinə uçotu üzrə biliklər;
- Ali təhsil və Bank sahəsində təcrübə;
- Azərbaycan dilində səlis danışmaq. Rus və ingilis dillərini bilmək üstünlük sayılır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Xəzinədar” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.