Əsas məzmuna keç
GoJob

Youtube üzrə mütəxəssis

Baku TvBakıda youtube üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
14 oktyabr 2026
Son müraciət tarixi
13 noyabr 2026

Bakı şəhərində Dizayn və Yaradıcılıq üzrə vakansiyalar

Vakansiya haqqında

Baku Tv Bakıda «Youtube üzrə mütəxəssis» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

"Baku TV" Youtube üzrə mütəxəssis vakansiyası elan edir. 

Öhdəliklər:

  • Videoların YouTube kanallarına operativ yüklənməsi, yayımlanması və yayım cədvəlinin idarə edilməsi;
  • Materiallara uyğun diqqətçəkən və məzmunu düzgün əks etdirən başlıqların, açıqlamaların, teqlərin və həşteqlərin hazırlanması;
  • Video üzlüklərinin (thumbnail) hazırlanması üçün dizaynerə tapşırıqların verilməsi və nəticənin yoxlanılması;
  • YouTube Shorts üçün uyğun materialların seçilməsi və müntəzəm paylaşılması;
  • Pleylistlərin yaradılması və yenilənməsi, videolara son ekranların və məlumat kartlarının əlavə edilməsi;
  • YouTube Analytics vasitəsilə baxış, kliklənmə faizi (CTR), izləmə müddəti və auditoriyanın saxlanılması göstəricilərinin təhlili;
  • Kanalın böyüməsi və kontentin nəticələrinin yaxşılaşdırılması üçün təkliflərin hazırlanması;
  • Müəllif hüquqları bildirişlərinin, platforma xəbərdarlıqlarının və monetizasiya statusunun izlənilməsi, problemlər barədə rəhbərliyin məlumatlandırılması;
  • Redaksiya, montaj, dizayn və SMM komandaları ilə koordinasiyalı işin təşkili.

Tələblər:

  • Youtube kanallarının idarə olunması üzrə praktiki təcrübə;
  • Youtube Studio və YouTube Analytics ilə işləmək bacarığı;
  • Azərbaycan dilində düzgün və səlis yazı bacarığı;
  • Xəbər gündəmini izləmək, operativ işləmək və materialları düzgün prioritetləşdirmək bacarığı;
  • YouTube-un müəllif hüquqları və icma qaydaları haqqında biliklər;
  • Məsuliyyətlilik, detallara diqqət və komanda ilə işləmək bacarığı;
  • YouTube SEO-su və açar söz araşdırması üzrə biliklər üstünlükdür.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına öz CV-lərinizi göndərə bilər və ya https://cv.management.az/vacancy/125 linkə daxil olub müraciət edə bilərlər.

Baku Tv şirkətinin digər vakansiyaları

Baku Tv vakansiyaları