Əsas məzmuna keç
GoJob

Zəncirli ekskavator operatoru

Kartaş LTD (Mr.Fix)Bakıda zəncirli ekskavator operatoru vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
23 oktyabr 2026
Son müraciət tarixi
22 noyabr 2026
Kateqoriya
Mühəndislik

Bakı şəhərində Mühəndislik üzrə vakansiyalar

Vakansiya haqqında

Kartaş LTD (Mr.Fix) Bakıda «Zəncirli ekskavator operatoru» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Əsas vəzifə öhdəlikləri:

  • Zəncirli ekskavatorun təhlükəsiz, səmərəli və düzgün idarə olunmasını təmin etmək;
  • Kvars qumu yatağında (karxanada) qazıntı, materialın çeşidlənməsi, özüboşaldan yük maşınlarına yüklənməsi və sahə işlərini təlimatlara uyğun yerinə yetirmək;
  • İşə başlamazdan əvvəl texnikanın (mühərrik yağı, hidravlik maye, zəncir gərilməsi və mexaniki hissələr) texniki vəziyyətini diqqətlə yoxlamaq;
  • Texnikanın gündəlik və dövri yağlama (şprisləmə/mətələmə) işlərini müstəqil və vaxtında həyata keçirmək;
  • İş zamanı yaranan istənilən texniki nasazlığa və sahədəki gözlənilməz hallara çevik, adekvat cavab vermək;
  • Aşkar edilmiş ciddi nasazlıqlar və ya risklər barədə dərhal birbaşa rəhbərə məlumat vermək;
  • Texnikanın təmizliyini, düzgün istismarını və yanacaq sərfiyyatına nəzarəti təmin etmək;
  • Texnikanın istismarı zamanı əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına dəqiq riayət etmək.

Namizədə dair tələblər:

  • Zəncirli ekskavatorun idarə edilməsi üzrə minimum 5 il iş təcrübəsi;
  • Kvars qumu yataqlarında və ya karxanada iş təcrübəsinin olması arzuolunandır;
  • Ekskavatoru idarə etmək üçün müvafiq sürücülük vəsiqəsi və Sürücü-Operator sertifikatının olması mütləqdir;
  • Zəncirli ekskavatorların mexaniki və hidravlik quruluşu, texniki baxış qaydaları haqqında dərin biliklər;
  • Gündəlik yağlama və texniki qulluq işlərini sərbəst icra etmək bacarığı;
  • Sahədə yaranan problemlərə operativ və adekvat reaksiya vermək bacarığı;
  • Məsuliyyətli, diqqətli, dözümlü və intizamlı olmaq;
  • Komandada işləmək bacarığı.

İş şəraiti:

  • İş yeri: Bakı (Balaxanı)
  • İş günləri: Həftədə 6 gün
  • Əməkhaqqı: Razılaşma yolu ilə
  • Şirkət tərəfindən nahar və xüsusi iş geyimi ilə təmin edilmə
  • Sınaq müddətindən sonra özəl tibbi sığorta

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Kartaş LTD (Mr.Fix) şirkətinin digər vakansiyaları

Kartaş LTD (Mr.Fix) vakansiyaları