Skip to content
GoJob

Akupunktur Mütəxəssisi (Həkim)

Çin Təbabəti klinikasıAkupunktur mütəxəssisi job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
October 20, 2026
Apply before
November 19, 2026
Category
Healthcare

Healthcare jobs in Baku

About this job

Çin Təbabəti klinikası is hiring for the role “Akupunktur Mütəxəssisi” in Baku. Full-time. Apply directly to the employer.

İş şəraiti

  • İş yeri: Çin Təbabəti Klinikası
  • Ünvan: Bakı-28 May metrosu yaxınlığı
  • Məşğulluq növü: Yarım iş günü
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq

İşin Təsviri:

  • Yeni Klinikamızın komandasına daxil olmaq və pasiyentlərin sağlamlıq problemlərini ənənəvi Çin təbabəti və müasir refleksoterapiya üsulları ilə bərpa etmək üçün təcrübəli Akupunktur Mütəxəssisi axtarırıq.

Əsas Öhdəliklər:

  • Pasiyentlərin ümumi sağlamlıq vəziyyətini qiymətləndirmək və fərdi müalicə planı hazırlamaq;
  • Steril iynələrdən istifadə edərək akupunktur (iynəbatırma) seanslarını təhlükəsiz və effektiv şəkildə həyata keçirmək;
  • Ehtiyac olduqda moksoterapiya, vakuum terapiyası (banka) və ya elektro-akupunktur kimi köməkçi üsulları tətbiq etmək;
  • Müalicənin gedişatını izləmək, pasiyent kartlarını mütəmadi yeniləmək və nəticələri sənədləşdirmək;
  • Pasiyentləri müalicə sonrası qulluq, həyat tərzi və qidalanma barədə məlumatlandırmaq.

Tələblər:

  • Ali tibbi təhsil (Həkim-refleksoterapevt, nevroloq və ya reabilitoloq ixtisası olanlara üstünlük verilir);
  • Akupunktur və ya Refleksoterapiya sahəsində müvafiq sertifikat/diplom;
  • Sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • İnsan anatomiyası, fiziologiyası və meridian nöqtələri haqqında dərin biliklər;
  • Sanitar-gigiyenik qaydalara və sterilizasiya standartlarına ciddi riayət etmək;
  • Pasiyentlərlə yüksək ünsiyyət, empatiya və etik davranış bacarıqları.

Biz nə təklif edirik?

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə;
  • Müasir avadanlıqlarla təchiz olunmuş rahat iş şəraiti;
  • Peşəkar komanda və rəqabətədavamlı əmək haqqı

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Akupunktur Mütəxəssisi" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

More jobs at Çin Təbabəti klinikası

Jobs at Çin Təbabəti klinikası